Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Kərəcdə plakatlar üzərində ana dili şüarları… (Fotolar)
Kərəcdə plakatlar üzərində ana dili şüarları… (Fotolar) |
21 Fevral – Dünya Ana Dili Günündən bir neçə gün keçməsinə rəğmən soydaşlarımızın ana dili tələbləri gündəmdən düşmür.
Azərbaycanlı milli-mədəni fəallar Kərəcdə ana dildə təhsil tələbini plakatlar üzərində əks etdirib. Məlumata görə, Tehran-Kərəc yolunda üzərində “Hanı mənim ana dilim!?” və “Ana dilində mədrəsə” yazılmış plakatlar asılıb. Bütün bunlar o halda baş verir ki, Dünya Ana Dili Günündən bir neçə gün keçir və bu ərəfədə bir neçə azərbaycanlı fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Qeyd edək ki, İranda 30 milyondan çox Azərbaycan türkü öz ana dilində təhsil hüququndan məhrumdur, onlara hətta Dünya Ana Dili Günündə mərasim keçirmək hüququ belə tanınmır. Geri dön |