Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycan daşımaq üçün Xəzərin şərqindən 20 milyon tona qədər neft qəbul edə bilər
Azərbaycan daşımaq üçün Xəzərin şərqindən 20 milyon tona qədər neft qəbul edə bilər |
Hazırda Azərbaycanın infrastrukturu Qazaxıstan və digər Xəzəryanı ölkələrdən respublika ərazisi ilə daşımaq üçün 20 milyon tona kimi nefti rahat qəbul edə bilər. Bunu cümə axşamı jurnalistlərə Azərbaycan sənaye və energetika naziri, Azərbaycan və Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədri Natiq Əliyev komissiyanın iclasından sonra deyib.
Onun sözlərinə görə, bu gün Xəzər regionundan Avropaya neft tədarükünü nəzərdə tutan Avrasiya dəhlizinin təşkil olunma layihəsi diqqət mərkəzindədir. Azərbaycan dəhlizin bir hissəsi olan Odessa-Brodı-Plotsk-Qdansk neft boru kəmərinin təşkil olunma layihəsində aktiv iştirak edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Beynəlxalq boru kəməri müəssisəsi "Sarmatiya"nın iştirakçıları arasındadır. Nazirin sözlərinə görə, bugün Ukrayna və Polşa Avropa İttifaqı ilə neft boru kəmərinin tikintisinin maliyyələşdirilməsi məsələlərini razılaşdırır. Geri dön |