Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkan Urmulu: -Azərbaycan qadınına layiq olduğu azad və müstəqil gələcək istəyirəm (video)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Türkan Urmulu: -Azərbaycan qadınına layiq olduğu azad və müstəqil gələcək istəyirəm (video)

Türkan Urmulu: -Azərbaycan qadınına layiq olduğu azad və müstəqil gələcək istəyirəm (video)


Davam.az Güney azərbaycanlı qadın hüquqları müdafiəsi fəalı, şairə, Urmiyə və Ankara universitetlərində hüquq fakültəsini bitirmiş Türkan Urmulunun Güney Azərbaycanda qadınların vəziyyəti və cəmiyyətdə rolu məsələləri ilə bağlı "Amerikanın Səsi"-nə verdiyi müsahibəni təqdim edir:


Beynəlxalq Qadınlar günü dünya ölkələrində qadınların nailiyyətləri ilə yanaşı, onların qarşılaşdığı problemlər də diqqət mərkəzində olur. Güneyli qadın hüquqları fəalı, şairə, Urmiyə və Ankara universitetlərində hüquq fakültəsini bitirmiş Türkan Urmulu Güney Azərbaycanda qadınların vəziyyəti və cəmiyyətdə rolu məsələlərini yaxından tədqiq edir. Türkan Urmulu “Amerikanın Səsi”nə müsahibədə Güney Azərbaycanda qadınların problemləri, feminizm ideyaları, gənc qadın və qızlar üçün bərabər imkanlardan danışıb.
Türkan Urmulu İranda Beynəlxalq Qadınlar gününün qeyd edilmədiyini, lakin qadın fəalları və insan haqları müdafiəçilərinin təzyiqlərə baxmayaraq, müxtəlif yollarla bu gün qadın hüquqları məsələsini diqqət yönəltməyə çalışdığını deyib.

Türkan Urmulu Güney Azərbaycanda qadınların ictimai həyatda rolunun yüksək olmadığını qeyd edib. “Bir çox yerdə qadın fundamental hüquqlardan məhrumdur-“ deyə o bildirib. Onun sözlərinə görə, İranın universitet tələbələri arasında qadınların sayının kişilərdən daha çox olduğu və onların təhsil müəssisələri və iş yerlərində təmsil oluna bildiyini bildirməsinə baxmayaraq, qadınlar qapalı cəmiyyətdə geniş rola malik deyillər.”Qadınlar heç geyim haqlarına malik deyillər və onların nə geyməsi onlar üçün edilmiş seçimdir. Buna misal olaraq icbari hicabı göstərmək olar”-deyə o bildirib.

Güney Azərbaycanda kəndlərdə vəziyyət haqda danışan Türkan Urmulu ucqar yerlərdə qadınların şəhərdə olduğundan daha çox təziyqlə qarşılaşdığını deyib. “Kənd mühiti daha məhdud və burada təzyiq daha çox olduğu üçün qadınlar daha çox təzyiqlərə məruz qalır. Mənə gəlib çatan məlumatlara əsasən deyə bilərəm ki, kənd yerlərində namus üstündə qətllər, qadına qarşı cəmiyyət və ailə tərəfindən zorakılıq hallarına daha çox rast gəlmək olar”-deyə o qeyd edib.

Türkan Urmulu deyib ki, kənd yerlərində qadınların təsərrüfatda əməyi və ailədə oynadığı rolu müqabilində onlar heç vaxt cəmiyyətdə layiq olduqları yeri tuta bilməyib və qadınların maddi təhlükəsizliyi təmin edilməyib. O, qadınların qarşılaşdığı problemlərin əsas mənbələrindən biri kimi təhsilin olmamasını göstərib.

Türkan Urmulu deyib ki, son zamanlar qadınlar və qızlar, xüsusilə də insan haqları və qadın hüquqları ilə məşğul olan istrə qadın, istərsə də kişilər arsında feminizm, feminist ideyalara marağın artdığını müşahidə etmək olar. Onun sözlərinə görə, feminizmi müəyyən mənada gündəmdə olan məsələlərdən biri hesab etmək mümkündür. Lakin Türkan Urmulu feminizm haqda bilik səviyyəsinin yüksək səviyyədə olmadığını qeyd edərək, bunun feminist ideyaların çox zaman səhv başa düşülməsi ilə nəticələndiyini bildirib.

Türkan Urmulu Azərbaycanlı qadın və qızları gələcəkdə təzyiqlərlə məruz qalmayıb cəmiyyətin bərabərhüquqlu üzvü kimi görmək istədiyini deyib.

Müsahibənin vidosuna qaynağımız olan aşağıdakı linkdən baxa bilərsiniz:
[media=http://www.amerikaninsesi.org/content/turkan-urmulu/2669173.html]

Geri dön