Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Real vəziyyət, yoxsa Azərbaycanla diktə dilində danışmağa meyillik?
Real vəziyyət, yoxsa Azərbaycanla diktə dilində danışmağa meyillik? |
Azərbaycan önəmli bir idman yarışına ev sahibliyi etməyə hazırlaşır. 12-28 iyun tarixlərində Azərbaycanda I Avropa Oyunları keçiriləcək. Avropa Olimpiya Komitəsi Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul etdikdən sonra Təşkilat Komitəsi tərəfindən bu beynəlxalq idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün xeyli işlər görülüb. Qeyd edək ki, Avropa Olimpiya Komitəsi tərəfindən beynəlxalq yarış ərəfəsində Azərbaycanda Avropa Oyunlarına hazırlıq istiqamətində görülən mühüm işlər yüksək qiymətləndirilib.
Fəxrlə demək olar ki, son on ildə Azərbaycan elmi, mədəni, siyasi, idman, ekoloji və bir sıra digər sahələrlə bağlı çox önəmli beynəlxalq tədbirlərə ev sahibliyi edib. Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində dövlətimiz bölgədə lider dövlətə çevrilib və region üçün, eyni zamanda, bütövlükdə beynəlxalq əhəmiyyətli enerji layihələrində mühüm yer tutur. Azərbaycan bu gün iqtisadi, siyasi baxımdan güclü bir dövlətə çevrilib. Amma təəssüf ki, bu gün bəzi beynəlxalq dairələr ölkəmizlə diktə dili ilə danışa bilmədikləri üçün Azərbaycandakı havadarları ilə birgə ölkəmizə qarşı “qara piar” kampaniyası aparırlar, bəzi yerli qüvvələrin idarəsi ilə mətbuatda beynəlxalq təşkilatların boykot çağırışı haqqında informasiya yayırlar, Bakı Olimpiya Stadionunun çökməsi barədə ictimaiyyət arasında çaşqınlıq yaradırlar, hətta şantaj, qarayaxmalardan belə istifadə etməkdən çəkinmirlər. Analoji fəaliyyət bəzi beynəlxalq qurumlar və onların buradakı havadarlarının vasitəsilə Azərbaycanda "Eurovision" mahnı müsabiqəsinin keçirildiyi vaxt da qeydə alınmışdı. Bunun üçün yerli və beynəlxalq mətbuatdan, çoxsaylı internet şəbəkələrindən yararlanaraq Azərbaycana qarşı qarayaxma üsullarından istifadə edilmişdi. O zaman da bəzi beynəlxalq dairələr buradakı tərəfdarları ilə birgə "Eurovision" mahnı müsabiqəsini boykot etmək çağırışları edirdilər. Qarayaxma kampaniyası çərçivəsində Azərbaycanda guya insan haqlarının pozulduğu ilə bağlı fikirlər qabardılırdı. Burada diqqət çəkən əsas və vacib bir məqamı qeyd etməyi önəmli hesab edirik. Nə üçün bütün bu fəaliyyətlər Azərbaycan beynəlxalq əhəmiyyət kəsb edən hər hansı bir tədbirə ev sahibliyi etdikdə gündəmə gəlir? Ən incə detal isə bəzi beynəlxalq dairələrin niyə məhz son illərdə Azərbaycana qarşı qarayaxma kampaniyasına köklənməsidir. Niyə Azərbaycana qarşı yerli və beynəlxalq səviyyədə təzyiq göstərmək, ölkəmizin regionda və dünyada artan nüfuzuna xələl gətirmək istiqamətində fəaliyyət göstərirlər? Səbəb birdir. Çünki müstəqil siyasət yürüdən, iqtisadi baxımdan güclü, lider dövlətə çevrilən Azərbaycanla bu gün beynəlxalq dairələr artıq diktə dilində danışa bilmirlər. Bu isə bu qurumlarda qıcıq doğurduğundan şantaj, primitiv qarayaxma kampaniyası yolunu seçirlər. Birmənalı qeyd etmək lazımdır ki, bu qərəzli kampaniyalar Azərbaycanın beynəlxalq aləmdə formalaşmış nüfuzlu imicinə xələl gətirə bilməyəcək. İnamla demək olar ki, bütün yaradılan süni maneələrə baxmayaraq, Azərbaycanda I Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək. Geri dön |