Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Salmasda Firdovsinin heykəlinin geri qaytarılmasına tutarlı cavab verildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Salmasda Firdovsinin heykəlinin geri qaytarılmasına tutarlı cavab verildi

Salmasda Firdovsinin heykəlinin geri qaytarılmasına tutarlı cavab verildi


Güney Azərbaycanın Salmas şəhərinin Bələdiyyəsi, sosial tələb əsasında irqçi şair kimi tarixə düşən Firdovsinin heykəlini meydandan qaldırıb və həmin meydanı “inqilab meydanı” adlandırdı. Bələdiyyənin bu müsbət əməli şəhər əhalisi və azərbaycanlılar tərəfindən rəğbətlə qarşılandı. Lakin bununla yanaşı fars şovinistləri və onların bir-iki manqurd əlatısı heykəlin yerinə qaytarılması üçün bir çox dövlət orqanına müraciət etdilər. Nəhayət gözlənilən oldu və rejim yenə də şovinistlərin mövqeyini dəstəklədi və heykəl yerinə qaytarıldı.
Yerli əhali bir daha öz etirazını göstərməyə cəhd göstərdi və bunu “Firdosi meydanı” yazılmış tabloda edilən dəyişiklikdə müşahidə etmək mümkündür. Soydaşlarımızdan biri irqçi şair Firdovsinin adını silib və yerinə Füzuli yazıb.
Sosial şəbəkələrdə paylaşılan məlumatlarda deyilir ki, bundan sonra Güney Azərbaycan coğrafiyasında fars şovinizminə aid tablolar üzərində eyni işi görmək lazımdır.

Geri dön