Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əlcəzairin Baş naziri Türkiyəni şok edəcək şərh verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Əlcəzairin Baş naziri Türkiyəni şok edəcək şərh verib

Əlcəzairin Baş naziri Türkiyəni şok edəcək şərh verib


Əlcəzairin Baş naziri Əhməd Uyahya Türkiyədən Fransanın Əlcəzairdə törətdiyi soyqırımı gündəmə gətirməməyə cağırıb!

Əlcəzairin Baş naziri Türkiyəni şok edəcək şərh verib.

Əlcəzairin Baş naziri Əhməd Uyahya Fransa ilə “erməni soyqırım”-ı ilə bağlı münasibətlərində Türkiyəni Əlcəzair tarixini gündəmə gətirməməyə çağırıb.

Baş nazir Əhməd Uyahya jurnalistlərə verdiyi şərhdə Türkiyədəki dostlarından Əlcəzairin müstəmləkələşməsini siyasi ticarət obyektinə çevirməməyi istəyib.

Başçılıq etdiyi Milli Demokratiya Yürüşü partiyasının qurultayında danışan Uyahya deyib: “Heç kimin əlcəzairlilərin qanından faydalanmağa haqqı yoxdur”.

Fransa Milli Məclisinin ötən ay Fransa parlamentinin aşağı palatasında saxta “erməni soyqırımı”nın inkarının cinayət hesab edilməsi və buna görə bir il həbs və 45 min avro cəriməni nəzərdə tutan qanun layihəsinin qəbul olunmasından sonra Ankara və Paris arasında gərginlik yaşanır.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan səsvermədən sonra verdiyi şərhdə Əlcəzairin 132 il boyunca Fransanın müstəmləkəsi olduğu dövrdə fransızların orada “soyqırım” törətdiyini söyləyib.

Ərdoğan deyib: “Fransanın Əlcəzairdə törətdiyi soyqırımdır. Sarkozi bu soyqırımı bilmirsə, getsin atası Pol Sarkozidən soruşsun".

Geri dön