Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda milli azlıqların haqları pozulur
İranda milli azlıqların haqları pozulur |
BMT-nin (Birləşmiş Millərlər Təşkilatı) baş katibi İranda azlıqların vəziyyəti və insan haqları durumu ilə bağlı öz nigaranlığını bildirib.
Ban Ki Mun illik hesabatında İranda insan haqlarının kəskin pozulmasından təəssüf hissini dilə gətirib. O prezident Həsən Ruhanini azlıqların hüquqlarına görə də tənqid edib. Hesabatın bir hissəsində deyilir ki, “İranda qadınlar və milli-dini azlıqların hüquqları kəskin pozulur və bu ölkədə edam sayılarının artması və yetkinlik yaşına çatmayanların edam edilməsi böyük nigaranlıq doğurur.” Ban Ki Mun əlavə edib ki, “Həsən Ruhaninin azlıqlarla bağlı verdiyi vədlər yerinə yetirilməyib. Bu ölkədə insan haqları fəalları və öz ana dillərində təhsili tələb edən qövmlərin aktivistləri uzun müddətli həbslər və edam cəzaları ilə üzləşir.” Bu arada BMT, dünya şəhərlərinin vəziyyəti ilə bağlı araşdırma aparıb və nəticəni bu təşkilatın elektron dərgisində elan edib. Araşdırmaya görə Güney Azərbaycanın siyasi mərkəzi Təbriz İran coğrafiyasında ən gözəl və gəlişmiş şəhər kimi seçilib. Güney Azərbaycanın digər şəhəri Urmiyə isə 7-ci şəhər elan olunub . Geri dön |