Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Bir qrup avropalı deputat Azərbaycanın cəbhə bölgəsində olub
Bir qrup avropalı deputat Azərbaycanın cəbhə bölgəsində olub |
Belçika-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun üzvləri Ağdam rayonunda olublar. Ağdam rayon İcra Hakimiyyətinin rəsmiləri ilə keçirilən görüşdən sonra qonaqlar Quzanlı qəsəbəsində məcburi köçkün şəhərciyində olublar.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Belçika parlamentinin üzvləri Filip Blanşar, David Geerts, Stef Qoris, Covanni Fadel, Lorent Blanşar, Denis Dukarm, Vilyam Frederik Şiltz və xanım İnge Vervotte, həmçinin Freya Rayrins Ağdam rayonunun işğal olunmamış ərazilərində olublar. Onları Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva müşayiət edib. Qonaqlar rayon rəsmiləri ilə yanaşı yerli sakinlərlə də görüşüblər. Belçika Parlamentinin üzvü Filip Blanşar deyib ki, buradakı insanların öz ev-eşiklərini itirmələri çox təsiredicidir: «Həqiqətən də çox çətin məsələdir ki, buradan bir neçə yüz metr aralıda torpaqlar işğal olunub. Orada bu insanlar ailələri ilə birgə yaşayırdı, əkin-biçinlə məşğul olurdular. Halbuki, həmin ərazilər indi silahlı birləşmələrin nəzarəti altındadır. Ümumiyyətlə, bir ölkədən kənarda olanda az informasiyalara malik olursan. Amma həmin yerə gələndə, hər şeyi öz gözlərinlə görəndə ətraflı məlumatlar əldə etmək olur. Ona görə də bizim bura gəlməyimizə ehtiyac vardı». F.Blanşar Dağlıq Qarabağ məsələsində Belçikanın həmişə beynəlxalq qurumların mövqeyini dəstəklədiyini deyib: «Mən istərdim ki, bütün Avropa ölkələrinin parlament üzvləri Azərbaycana gəlsinlər və burada hər şeyi öz gözləri ilə görsünlər. Ümumiyyətlə, Azərbaycanda gördüklərimiz bir çox məqamların Avropa dəyərlərinə bu qədər yaxın olması bizi təəccübləndirir». Avropalı parlamentari bundan sonra da münaqişənin həlli ilə üçün başqa həmkarlarının da Azərbaycana səfər etmələrinə çalışacağını vurğulayıb. Geri dön |