Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əlirza Fərşinin Dünya Ana Dili Günü mərasiminə icazə almaqla bağlı 62 səhifəlik fəaliyyət raportu yayılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Əlirza Fərşinin Dünya Ana Dili Günü mərasiminə icazə almaqla bağlı 62 səhifəlik fəaliyyət raportu yayılıb

Əlirza Fərşinin Dünya Ana Dili Günü mərasiminə icazə almaqla bağlı 62 səhifəlik fəaliyyət raportu yayılıb


Keçən günlərdə 21 Fevral – Dünya Ana Dili Gününü geridə qoyduq. Bu əlamətdar günü qeyd etmək üçün bir çox azərbaycanlı milli-mədəni fəal səy göstərdi. Lakin geniş şəkildə mərasim keçirmək rejimin basqıları nəticəsində mümkün olmadı.
Məlumata görə, tanınmış azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi Dünya Ana Dili Günü mərasiminin keçiriləsi üçün hökumətdən icazə almağa ciddi səy göstərib və onun bu istiqamətdə fəaliyyəti ilə bağlı 62 səhifəlik bir raport yayılıb. Raportun başlanğıcında İran prezidentinin milli və dini azlıqların işləri üzrə yardımçısı Əli Yunisiyə məktub dərc olunub. Məktubda azərbaycanlı fəal bildirib ki, “ötən il məsullar Dünya Ana Dili Günü mərasiminin keçirilməsi üçün icazə almağa israr ediblər. Və ona görə də bu dəfə icazə almaq istəyirik.” Fəal bu barədə 62 günlük bir fəaliyyətdən raport da təqdim edib.

Xatırladaq ki, adını çəkdiyimiz fəal Dünya Ana Dili Günündə mərasim keçirməklə bağlı icazə almağa cəhd göstərdiyinə görə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və hazırda qeyri-müəyyən bir vəziyyətdə saxlanılır.

Geri dön