Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: -Erməni lobbisinin əndişəsi var.
Fərəc Quliyev: -Erməni lobbisinin əndişəsi var. |
Son illər Azərbaycanın beynəlxalq və regional nüfuzunun artması, iqtisadi inkişafının davamlı tempi onun geostrateji mövqeyinin möhkəmlənməsinə, nüfuzlu və imicli dövlət statusu qazanmasına gətirib çıxarıb. Ölkəmiz artıq dünya və Avropa miqyaslı müsabiqələrə, çempionatlara və digər tədbirlərə ev sahibliyi etməklə yanaşı, bu kimi əhəmiyyətli layihələrin yüksək səviyyədə keçirilməsində analoq mənbəyinə çevrilib. Dünyanın əksər ölkələri, nüfuzlu qurumları Azərbaycanın inkişafını, ikitərəfli, çoxtərəfli münasibətlərdə uğurlarını gördükləri halda, bəzi "insan hüquqları" təşkilatları qərəzli, ədalətsiz, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdən mövqe ortaya qoymaqdadır. Belə ki, bu günlərdə "Human Rights Watch" Azərbaycandakı bəzi "mənbələri" vasitəsilə aldıqları qərəzli, birtərəfli, yalan və saxtalaşdırılan məlumatlar əsasında ölkəmizdə keçiriləcək I Avropa Oyunlarını boykot etməklə bağlı çağırışlar edib. Bu cür mötəbər idman yarışına kölgə salmaq məqsədilə beynəlxalq əhəmiyyətli tədbirə və ona ev sahibliyi edən Azərbaycana yönəldilmiş mənfi mövqe sərgiləyib. Qısa bir zamanda gənc dövlətin belə bir nüfuzlu oyunları təşkil etməsi, sosial-iqtisadi infrastrukturu qurması, nizamlı və ardıcıl fəaliyyət sərgiləməsi, bu kimi "təşkilatları" gözləmədikləri durumla üz-üzə qoyub. Bu baxımdan onların boykot çağırışı yalnız və yalnız dövlətimizin artan və regional təsirə çevrilən nüfuzuna zərbə vurmaq və ona təzyiq və təsir etmək məqsədi güdür. Azərbaycanın, siyasi, iqtisadi və mədəni-humanitar sahələrdəki uğurları artdıqca, belə qərəzli mövqeylərin də çoxalması gözləniləndir. Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz ekspertlər bu təşkilatın Azərbaycana qarşı dəyişməz qərəzli mövqedə durmasını təşkilatın rəhbərliyində ermənilərin təmsil olunması ilə əlaqələndirdilər.
Millət vəkili Fərəc Quliyev: "Erməni lobbisinin əndişəsi var" - I Avropa Olimpiya Oyunları hər bir ölkənin prestijinə təsir göstərə biləcək səviyyədə idman tədbiridir. Ölkəmizi beynəlxalq arenada daha yaxşı tanıtmaq üçün bu kimi tədbirlərdən səmərəli şəkildə istifadə etməliyik. Azərbaycan həqiqətlərini bilməyən şəxslər bu ölkəyə gəlib qayıdandan sonra ölkəmizlə bağlı olan fikirlərini dəyişirlər və bu oyunlardan sonra da belə halın olacağına inanıram. Bizim düşmənlərimizin narahatçılığının səbəbi isə, məncə, hər kəsə bəllidir. Onlar gözəl anlayırlar ki, Bakıya təşrif buyuran hər bir xarici qonaq buradakı inkişafın şahidi olacaq. Bu isə heç bir halda həmin "qurumlara" sərf etməyəcək. Ona görə də, erməni lobbisinə xidmət edən "Human Rights Watch" kimi qurumlar daha çox çalışırlar ki, bu Olimpiya Oyunları ya baş tutmasın, ya da zəif təşkil olunsun. Ancaq mən tam əminəm ki, bu cür cəhdlərin heç bir xeyri olmayacaq və ölkəmiz bu idman tədbirini çox uğurlu şəkildə başa vuracaq. Bəzi beynəlxalq təşkilatların narahatçılıqlarının arxasında Azərbaycanın siyasi dividend götürməsi, Azərbaycan həqiqətlərinin ortaya çıxması və erməni lobbisinin fəaliyyətlərinin puç olması əndişəsi var". İntizarə Məmmədova Geri dön |