Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: -Ya bizim siyasi maraqlarımıza da hörmətlə yanaşılmalı, ya da...
Fərəc Quliyev: -Ya bizim siyasi maraqlarımıza da hörmətlə yanaşılmalı, ya da... |
“Azərbaycan tərəfi buna uyğun olaraq münasib addımlar düşünəcək. Biz istənilən bir təşkilatın mövqeyini hər halda, dövlətin mövqeyi kimi qəbul etməməliyik”. Bunu AZADİNFORM-a açıqlamasında millət vəkili Fərəc Quliyev London Platforma təşkilatının Britaniya və Azərbaycan əlaqələrinin kəsilməsinə görə parlamentarilərə çağırışlar etməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, müxtəlif təşkilatlar bəzən rəy verirlər və bu onların dövlətlərinə mənfi imic gətirir: “Diplomatların mövqeyi belə dövlətin mövqeyindən fərqli olur. Biz maraqlıyıq ki, Böyük Britaniya olsun və ya başqa dövlətlər olsun, bərabər səviyyəli, normal əməkdaşlıqda olaq. Azərbaycan bütün iqtisadi layihələrdə mütləq siyasi ritorikanı önə çəkməlidir. Bir dövlət tərəfindən Azərbaycanın siyasi maraqlarını tapdalayan davranışlar olarsa, onların iqtisadi maraqlarının bizim bölgədə ölkəmizin vasitəsilə böyüməsinə əngəl yarada bilərik. Çünki hər hansı bir dövlətin iqtisadi siyasəti onun böyük siyasi təhlükəsizliyi və ərazi bütövlüyünü müdafiə edən bir sistemdir. Ona görə də deyirəm ki, əgər bu dövlətin rəsmiləri, rəsmi orqanları məsələyə münasibət bildirməzlərsə, biz iqtisadi layihələrdə belə alternativ addımlar atmaq haqqında düşünməliyik”. Millət vəkili əlavə edib ki, yenə də, mütləq siyasi ritorika olmalıdır: “Söhbət ondan gedir ki, böyük neft layihələri, tranzit layihələri olsun və digər böyük bölgə layihələrində ölkəmizin iştirakı var. Azərbaycanın maraqlarını tapdaya-tapdaya həm də iqtisadi maraqlarını təmin edə bilməzlər. Ya bizim siyasi maraqlarımıza da hörmətlə yanaşılmalı, ya da ki, onlar iqtisadi maraqlarından əl çəkməlidirlər”. Fidan Afər/AZADİNFORM. Geri dön |