Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İdman > Bakı 2015-ə hazırlıq işləri yüksək səviyyədə davam edir
Bakı 2015-ə hazırlıq işləri yüksək səviyyədə davam edir |
Slovakiyanın paytaxtı Bratislava şəhərində Avropa Velosipedçilər Birliyinin (UEC) illik konqresi keçirilib. Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov da iştirak edib.
Federasiyadan verilən məlumata görə, Avropa ölkələrinin velosiped federasiyalarının rəhbərlərinin qatıldığı konqresi açıq elan edən UEC-in prezidenti David Lappartien gündəlikdə duran məsələlər barədə məlumat verərək, tarixdə ilk dəfə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqla bağlı məsələlərə xüsusi yer ayırıb. Tədbirdə iştirak edən Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti Brayn Kukson da öz çıxışında Beynəlxalq Velosipedçilər İttifaqının Avropa Oyunlarında iştirakına xüsusi önəm verdiyini vurğulayaraq, Azərbaycanın "Bakı 2015"-ə hazırlıq işlərini yüksək qiymətləndirib. Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti S.Ələkbərov və Avropa Oyunları Əməliyyat Komitəsinin təmsilçisi Vladimiros Petsas konqresdə geniş təqdimatla çıxış ediblər. Ölkəmizin Avropa Oyunlarına hazırlığından bəhs edən videoçarx nümayiş etdirildikdən sonra S.Ələkbərov qısa müddət ərzində Avropa Oyunlarına hazırlıqla bağlı görülmüş işlər barədə ətraflı məlumat verərək, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bu məsələni daim diqqət mərkəzində saxladığını, Oyunların Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında "Bakı 2015"-in unudulmaz idman bayramına çevrilməsi üçün çoxlu sayda yerli və xarici mütəxəssislərin durmadan çalışdığını konqres iştirakçılarının diqqətinə çatdırıb. Vitse-prezident Ümumdünya və Avropa Velosipedçilər Birliyinin rəhbərlərinə Oyunların təşkilində göstərdikləri dəstəyə görə minnətdarlığını bildirərək, konqres iştirakçılarını bu möhtəşəm oyunları izləməyə dəvət edib. Qeyd edək ki, "Bakı 2015"-in proqramına velosiped idmanının şose, BMX və MTB növləri daxildir. Geri dön |