Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beynəlxalq Əfv Təşkilatı İranda qadınların hüquqlarını məhdudlaşdıran layihəyə etiraz bildirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Beynəlxalq Əfv Təşkilatı İranda qadınların hüquqlarını məhdudlaşdıran layihəyə etiraz bildirib

Beynəlxalq Əfv Təşkilatı İranda qadınların hüquqlarını məhdudlaşdıran layihəyə etiraz bildirib


Beynəlxalq Əfv Təşkilatı martın 11-də bəyanat yayaraq İran parlamentində qadınların hüquqlarını məhdudlaşdıran bir qanun layihəsinə etiraz bildirib.
İran parlamentinin mədəniyyət komissiyası bir sıra qadınların hökumət idarələrində işə götürülməsini məhdudlaşdıran, qadınlar arasında ayrı-seçkiliyə yol verən bir qanun layihəsi hazırlayıb. Layihə parlamentdə qəbul edilərsə, ailə qurmamış xanımların orta məktəblərdə müəllim kimi işləməsinə və ali təhsil ocaqlarında elmi heyətin üzvü seçilməsinə qadağa qoyulacaq. Həmin layihəyə görə, yalnız ərli və uşaqlı qadınlar və ya uşağı olmayan ərli qadınlar həmin yerlərdə işlə təmin ediləcək.

Beynəlxalq Əfv Təşkilatının Orta Şərq və Şimali Afrika bölməsinin sədr müavini Hüseybə Hac Səhravi jurnalistlərə açıqlamasında İranda qadınların ibtidai hüquqlarının açıq-aşkar pozulmasından ciddi narahat olduğunu bəyan edib: “İran rəsmiləri bu kimi qanunlar qəbul edərək, ölkədə təhlükəli bir mədəniyyətin təməlini qoyur, ona rəvac verirlər. Onların qəbul etdikləri bu kimi qanunlarla, İran qadınlarının ibtidai hüquqları əllərindən alınır, şəxsi seçim və həyatı ilə bağlı hüquqları pozulur, qadınlar yalnız uşaq istehsal edən bir maşına çevrilirlər”

Geri dön