Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: - Azərbaycan bu sınaqdan da uğurla çıxacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: - Azərbaycan bu sınaqdan da uğurla çıxacaq

Fərəc Quliyev: - Azərbaycan bu sınaqdan da uğurla çıxacaq


Bəzi maraqlı dairələrin qarayaxma kampaniyası təxribat kimi qiymətləndirilir

İlk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunlarına sayılı günlər qaldıqca, bu idman tədbiri ətrafında müzakirələr daha da artır. Oyunların ölkəmiz və dünya idman tarixi üçün böyük əhəmiyyəti olduğunu deyənlərlə yanaşı, tənqidi fikirlər səsləndirənlər də olur. Ölkə ictimaiyyəti isə belə tənqidləri əsassız hesab edir, bunu Azərbaycanın imicinin aşağı salınmasına hesablanmış fikirlər kimi qəbul edir. Məsələyə münasibət bildirən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, davamlı şəkildə Azərbaycanın əldə etdiyi uğurları gözdən salmağa çalışan bəzi yerli qruplar və xarici dairələr ilk Avropa Oyunlarını ölkəmizə qarşı həyata keçirilən "qara piar” kampaniyasının baş mövzusuna çevirməyə çalışırlar. Bu dairələr Avropa Oyunları ərəfəsində Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq təxribat törətməyə çalışırlar. Amma bu tipli primitiv, ucuz metodlar heç bir nəticə verməyəcək.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hesab edir ki, Avropa Oyunları sıradan bir hadisə deyil və bu mötəbər idman tədbiri ölkənin müsbət imici baxımından çox əhəmiyyətlidir: “Bura gələn xarici vətəndaşlar Azərbaycan haqqında gerçək məlumatları öyrənəcəklər. Ola bilsin ki, kimsə ölkəmiz haqqında məlumatlara mətbuat və ya internet üzərindən baxsın. Amma gəlib canlı görmək başqa məsələdir. İdmançılar, azarkeşlər, oyunları idarə edənlər və digərlərində müəyyən təəssüratlar yaranacaq və geri döndükləri zaman ətraflarındakı adamlara bu haqda danışacaqlar. Ona görə də Ermənistan və onun dostları oyunların ya zəif keçirilməsinə, ya da ümumiyyətlə, baş tutmamasına çalışırlar. Bizi ən sarsıdan məsələ isə daxildə olan bəzi qüvvələrin, təşkilatların tədbirə kölgə salmaq cəhdləridir. Düşünürəm ki, hər şeyə rəğmən, tədbir yüksək səviyyədə keçiriləcək və düşmənlərimiz istəyinə nail olmayacaq. Onları əsas narahat edən məqam Azərbaycanın hazırda Qarabağ danışıqları məsələsində ictimai rəydə üstünlük qazanmasıdır. Çünki çoxdandır, Azərbaycan həqiqətlərini açıq müdafiə edən fikirlər bildirilir. Ona görə Azərbaycanı gözdən salmaq üçün çaba göstərirlər. Amma yenə deyirəm ki, Azərbaycan bu sınaqdan da uğurla çıxacaq”.

Geri dön