Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran parlamentinin millət vəkili Güney Azərtbaycanda tarixi məkanların baxımsız vəziyyətdə olduğu və unudulduğunu bildirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran parlamentinin millət vəkili Güney Azərtbaycanda tarixi məkanların baxımsız vəziyyətdə olduğu və unudulduğunu bildirib

İran parlamentinin millət vəkili Güney Azərtbaycanda tarixi məkanların baxımsız vəziyyətdə olduğu və unudulduğunu bildirib


Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Qərbi Azərbaycanda turizm və mədəniyyət məkanlarının məhv olmasına təəssüflənib.
Nadir Qazipur tarixi məkanların baxımsız vəziyyətdə olduğu vəya unudulduğunu bildirib:

“Misal üçün Urmiyə ətrafında ƏsgərAbad adlı bir kənd olub və onun ətrafında əhali tərəfindən möhkəm bir qala tikilib. Bu qala uzaq keçmişdə əhalini 600-700 dəfə düşmənin hücumundan qoruyub. Kənd əhalisi çox cəsarətli olub və bu qala vasitəsi ilə özlərini müdafiə ediblər. Lakin indi bu tarixi kənd diqqətdən kənarda qalıb və hazırda onun aradan getməsini və yerində yeni quruculuq işlərinin aparılmasına şahidik.”

Millət vəkili vurğulayıb ki, “əgər bu kənd bir Avropa ölkəsində vəya hətta Türkiyədə olsaydı, onlar öz tədbirləri ilə ən azı 50-60 min turisti bu məkana cəlb edib və bu fürsətdən düzgün istifadə edərdilər.”

N.Qazipur Urmiyənin tarixi “Kazım Daşı” qalasının vəziyyətinə də toxunub: ““Kazım Daşı” qalası turizm sahəsində unudulan bir məkandır. Kazımxan çox cəsarətli bir savaşçı olub, o xarici qüvvələrlə mübarizədə Ənzəl məntəqəsinin əhalisini iğtişaşlardan qoruyub və bölgənin təhlükəsizliyində böyük rol oynayıb. Mədəni-Miras İdarəsi bu məkanı düzgün tanıtdıraraq məntəqəyə turistlərin cəlb edilməsinə yardımçı olmalı idi.”

Azərbaycanlı millət vəkili sözü gedən qalanın mədəni əhəmiyyətini də vurğulayaraq Qərbi Azərbaycanın Mədəniyyət və Turizm Mirası İdarəsini bu tarixi məkana diqqət yetirməyə çağırıb.

Geri dön