Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları > Natiq Miri: -İranda ictimai-siyasi vəziyyət müəyyən mənada Qərblə danışıqlardan asılı olacaq
Natiq Miri: -İranda ictimai-siyasi vəziyyət müəyyən mənada Qərblə danışıqlardan asılı olacaq |
Davam.az Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin GünAz TV mətbuat mərkəzinə verdiyi müsahibəni təqdim edir.
-Natiq bəy, İranda hər gün qadağalar artmaqdadır. Sizcə, rejim bununla mövcudluğunu qoruyub saxlaya biləcəkmi? -İranda mövcud olan molla rejimi hakimiyyəti boyu məhdudiyyətlər, qadağalar tətbiq edib. Bu cür davranış hakimiyyəti qoruyub saxlamağın bir yoludur. Cəmiyyətdəki vəziyyətə uyğun olaraq qadağalar arta, ya da azala bilər. İranın iqtisadi sanksiyaların məngənəsində hələ boğulduğu bir zamanda daxili etiraz enerjisi çox olduğu üçün qadağalar bir az daha sərtləşdirilir. Ancaq bu, uzunmüddətli davam edə bilməz. Ona görə Qərblə danışıqlarda anlaşma sənədi qəbul olunarsa, təbii ki, müəyyən zaman kəsiyindən sonra bu qadağalar yumşaldılacaq. Ən azından toplanmış narazı enerjisini buraxmaq üçün. Sanksiyaların ləğvi nəticəsində iqtisadi vəziyyət düzəldikcə sosial vintlər də tədricən boşaldılacaq. Bu siyasəti İranda çox məharətlə həyata keçirirlər. -Əgər,vəziyyət bu şəkildə davam edərsə, yenidən vəziyyət qarışa bilərmi? -Nəzərə almaq lazımdır ki, İranda sosial partlayış üçün hələlik nə daxili, nə də xarici amillər yetərli deyil. Ona görə də İran hakimiyyəti rahatlıqla qadağaları bir az daha sərtləşdirə bilir. İranda ictimai-siyasi vəziyyət müəyyən mənada Qərblə danışıqlardan əhəmiyyətli dərəcədə asılı olacaq. Əgər anlaşma olmasa və İran nüvə proqramını davam etdirməyə qərar versə, təbii ki, ölkədə sosial narızılıqlar başlaya və sonradan siyasi etirazlara çevrilə bilər. Ancaq anlaşma olsa, hansı ki, mən buna çox inanıram, o halda ciddi heç bir etirazların olacağını düşünmürəm. Elnur Eltürk Geri dön |