Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: -Cəmiyyət qütbləşmədən imtina edib.
Fərəc Quliyev: -Cəmiyyət qütbləşmədən imtina edib. |
“Radikal müxalifətin bazar günü keçirəcəyi mitinqi məntiqsiz addım kimi dəyərləndirirəm”, Bunu SİA-ya Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib.
Onun sözlərin görə, 1988-ci ildən üzü bəri bu adamlar dəyişməyib, inkişaf etməyiblər: “Mən özüm ən radikal müxalifət nümayəndələrindən biri olmuşam və imperiya qarşı qanuni və qanunsuz bütün mübarizə üsullarını məqbul hesab etmişəm. Çünki, dövlətimizi müstəqilliyə qovuşdurmalı, arzusuna çatdırmalı idik. Düşmənə qarşı mübarizə apardıq və qalib gəldik. Bu gün quruculuq dövrüdür və burada çox sivil qaydada davranışlar nümayiş etdirmək lazımdır. Biz radikal mübarizə apardığımız dövrdə bu adamlar özlərini demokratik qüvvə adlandırırdılar. Çünki, qorxurdular. Bu gün isə sivil bir dövlətimiz var. İndi kimlərisə məqsədlərinə çatdırmaq üçün başlayıblar radikal addımlar atmağa”. F.Quliyev onuda bildirib ki, bu mitinqi təşkil etmək istəyən “Milli Şura” Rusiya tərəfindən formalaşdırılmış bir təşkilatdır: “Orada təmsil olunan bir sıra partiyalar, konkret olaraq Müsavat da bəyanat verərək bu təşkilatdan ayrıldı. İndi başqa bir dövlət tərəfindən ərsəyə gətirilən qurum məntiqsiz bir mitinq təşkil edirsə və həssas bir dönəmdə Azərbaycanın imicinə zərər vurmaq istəyirsə, bu iradə özlərinin deyil. Bu gün müxalifət partiyaları ilə iqtidar arasında dialoq gedir. Artıq masa ətrafında məsələlər çözülür. Artıq parlament seçkiləri öncəsi ağıl yarışmaları dövrü başlayıb və bütün cəmiyyət qütbləşmədən imtina edib. Hər kəs savaşı meydanlardan masa ətrafına daşımağı məsləhət bilib”. Elvin Abdulqədirov Geri dön |