Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Niftalı Göyçəli – Fəlsəfi şeir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Niftalı Göyçəli – Fəlsəfi şeir

Niftalı Göyçəli – Fəlsəfi şeir


ÖLÜMƏ TƏLƏSİRİK...

Gözlədik, bahar gəldi:
yaz sevinci, şadlığı
qəlbimizdə yüksəldi...
Qışın soyuqlarından,
şaxtasından, qarından
qurtardıq, azad olduq.
Kimimiz gəncləşərkən
kimimiz yaşa dolduq...
Bəs bu yaşa dolanlar,
altmış-yetmiş olanlar,
qocalığın soyuğu
sümüyünə dolanlar
Görən nəyə sevindi?
- Sevindi əlbəttə ki,
yazın, yayın- rüzgarın
yaşıllıq növrağına;
təbiətin al-əlvan
füsünkar, gül çağına.
Sevindi əlbəttə ki,
toy... nəvə gözləyənlər...
Fəqət neyləmək olar,
arzular qanadında
özümüz düşünmədən
ölümə tələsirik.
Bir yaşıl yarpaq kimi
saralırıq zaman-zaman,
əcəlin payızından
torpağa düşmək üçün
zaman budaqlarında
yellənirik, əsirik...
“Bu gün tez ötüşəydi,
bu həftə tez keçəydi,
filan iş düzələydi,
filan haqq-ədalət də
bir yerinə düşəydi!...”
Deyərək yaşayırıq.
Heç kim bilməyən hələ
vaxtını-vədəsini
verilən ömür ilə
çatacaq hansı ilə...
Kimlər isə bu ömrü
şərarətlə çirkləyir,
Kimlər isə bu ömrü
səxavətlə bəzəyir...
Əməli salehlərə
deyirlər ki,-min rəhmət!
Şeytana uyanlara,
zalıma, tiranlara
deyirik ki,- min lənət!..
Fəqət neyləmək olar,
bizim nifrətimizdən
nə dəyişə bilər ki?..
Ya da rəhmətimizdən
kim cənnətə düşər ki?..
Bəli, bir yarpaq kimi
saralırıq zaman-zaman,
əcəlin payızından
zaman budaqlarında
yellənirik, əsirilk
torpağa düşmək üçün...
Özümüz də bilmədən
arzu zənciri dartıb
ölümə tələsirik.
. Bizdən aslı da deyil,
məhkumuq Yaradanın
qoyduğu qanunlara...
Bu da çox çətin işlər-
həyat tamam macəra...
Yalnız əməllərdə biz
faili –muxtarlarıq:
Alqışlanır yaxşılıq,
xeyirxahlıq edənlər,
Söyülür naqis, xain,
əyri yola gedənlər...
Məndən olsa, alçağı,
dəyyusu, dələduzu-
rüşvəti məhv edərdim.
Əgər hökmüm olsaydı,
xeyirxah insanlara
geniş meydan verərdim.
Kəsərdim səfalətin,
rəzalətin kökünü!
Kəsərdim bədniyyətin,
şərarətin kökünü!
Nə isə, bunlar da bir
əlçatmaz, boş xəyallar,
Mənim əsib-coşmağım
içimdəki əhvallar...
Neyləyim, barışmıram
pislik olan nə varsa,
Barışmıram Yaradanla
qanunlar pozulursa,
insanlıq tapdanırsa...
Bax beləcə, bu tərzdə
arzular qanadında
son mənzilə gedirik,
zamam budaqlarında
yellənirik, əsirik...
Hiss etmədən, bilmədən
ölümə tələsirik...



Niftalı GÖYÇƏLİ - Milli Dirçəliş Hərəkatı 
partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri.

Geri dön