Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hüquq > Azərbaycanlı girovlar barədə qondarma "apelyasiya məhkəməsi"nin "qərar"ı AŞPA-nın yaz sessiyasında qaldırılacaq
Azərbaycanlı girovlar barədə qondarma "apelyasiya məhkəməsi"nin "qərar"ı AŞPA-nın yaz sessiyasında qaldırılacaq |
Qondarma “Dağlıq Qarabağ respublikası”nın “apelyasiya məhkəməsi”nin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində "məhkəmə hökmü"nü qüvvədə saxlaması aprelin 20-24-də Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında gündəmə gətiriləcək. Bu barəd Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.
R.Rzayev qeyd edib ki, separatçı rejimin bu “qərar”ı gülməlidir: “Bizim soydaşlarımız qeyri-qanuni saxlanılıblar. Qondarma “məhkəmə” yaradıblar, “hökm” çıxarıblar, özləri də “apelyasiya” veriblər. Bunlar hamısı qeyri-ciddi və tamamilə hüquqdankənar hərəkətlərdir. Təbii ki, biz bu məsələni AŞPA-da səsləndirəcəyik”. Millət vəkili əlavə edib ki, Azərbaycanın marağında olan digər məsələlər də nümayəndə heyəti tərəfindən qaldırılacaq: “Hər sessiya zamanı, sessiyalararası komitələrin iclasları zaman Azərbaycanın marağında olan məsələlər daim gündəmə gətirilir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Sərsəng su anbarı, təmas xəttində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejmini tez-tez pozması ilə bağlı məsələlərin AŞPA-da gündəmə gətirilməsi və bu məsələlərlə bağlı ədalətli mövqeyin ortaya qoyulması ətrafında işimizi davam etdirəcəyik”. Geri dön |