Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Niftalı Göyçəli-İbrahim və Lilpar dastanı
Niftalı Göyçəli-İbrahim və Lilpar dastanı |
Bu dastan 1943-cü ildə Göyçə mahalının Dərə kəndində baş verən nakam bir məhəbbətin əsasında yaranmışdır. Hadisələr bədii dillə olduğu kimi və dastandakı surətlər dünyasını dəyişmiş insanların öz arları ilə də verilir. Dastanın sonu faciə ilə bitir və bu faciənin baiskarları bolşevik donuna bürünmüş daşnaklar tərəfindən törədilir.
Dastandakı rəsmlər Əməkdar Rəssam Arif Əlioğlunindur. Söylədiyim Göyçə adlı Bir diyarın təsviridir- Gözəlliyin ürəklərə, Duyğulara təsiridir. Tanrı yer üzünü yaradan zaman Yaratdı Göyçəni gözəl bir məkan. Düzüb cərgə-cərgə silsilə dağlar. Bəxş etdi onlara əzəmət, vüqar. Sonra da dağları aldı dövrəyə, Axıtdı çayları həmin çevrəyə. Göyçə gölü adlı bir göl yaratdı, Cənnətin suyundan suyuna qatdı. Şadlandı mələklər belə xilqətdən, Yığışıb gəldilər bura Cənnətdən. Səpdilər dağlara, düzlərə lalə, Dedilər:- Cənnətdən qalsın nişanə. Günəş də səmadan nur çiləyərək, Verdu bu yerlərə yeddi cür rəng. Yayıldı hər yana rəng çalarları, Gül-çiçəyə döndü Göyçənin varı. Gecə ay baxanda Göyçə gölünə Bir hədiyyə vermək düşdü könlünə. O göylər pərisi, o bərq vuran Ay Bərqindən ona da verdi bir az pay. Biri-göy sevgisi, göy məhəbbəti. O biri suların saflıq vəhdəti... Biri-elə bil ki, əqiqdə almaz, O biri- füruzə çöhrəsiz olmaz. Birinin ətrafı-ulduz, kəhkəşan, O biri- ətrafı lalə -zərnişan... Bəli, bu gözəllik, bu ülvi xilqət Yığışıb yerbəyer oldu, nəhayət. Elə ki, Adəmdən törədi bəşər, Bu yerin sakini doğuldu TÜRKLƏR... “Zikkurat” yazıldı Nuhun zamanı, Şumerlər yaşadı həmin zamanı... İbrahimdən sonra Tovrat da gəldi, Musa haqqı dedi ruhu yüksəldi... Yaşadı burada igid soyları, Başlandı Oğuzun “Qorqud boyları”. Dədələr ad verdi uca dağlara: Alvza, Murğuza- uca dağlara... Qüdrətli Tanrıdan İsa peyğəmbər Müqəddəs İncillə söylədi xəbər. Zikkurat, Avesta qalxdı aradan, Xaçpərəstlik dini oldu hökmran. Kilsələr tikildi-ibadətgahlar, Xaçlı kitabələr yazdı memarlar... Dövlət yaratdılar Alp bahadırlar. Yazdılar qanunlar, verdilər qərar. Fatehlər: Atilla, Bayan, Xəzər xan- Onlar da bir zaman sürdülər dövran... Çingizin, Teymurun qan gərdişləri- Keçdi bu diyardan hərb yürüşləri. Yayıldı İslam da Göyçə elində, Deyildi “Bismillah” Türkün dilində... Qaraqoyunlular hakimiyyəti, Hökm etdi Atabəy az-müvəqqəti... Ucaldı Səfəvi gücləndi millət. Qurdu Şah İsmayıl qüdrətli dövlət. Kəngər körfəzindən Alvza qədər. Van-Amur arası çalındı zəfər... Bəli, Azərbaycan-böyük məmləkət Üç yüz il yaşadı, hökm etdi fəqət!... Şirvanın, Təbrizin çəkişmələri- Uzandı əyalət didişmələri... Bürüdü şərarət Azərbaycanı, Başlandı rusun. farsın dövranı. “Gülüstan”, “Türkmənçay”-şər olayınca Bölündü məmləkət Araz boyunca. Göyçə də o vaxtdan rus caynağında Yüz yetmiş yaşadı axır çağında... Nə isə, belədir indi vəziyyət: İşgəncələr çəkir Türk olan millət. Zəngəzur, Ağbaba, Ələyəz, Gümrü, İyirminci əsrlə bitdi ömürü. Viran qaldı Oğuzların məskəni, Ermənilər qamarladı Göyçəni. Oldu xatirələr xəyalda qalan, Endi haqq divanı, güc gəldi şeytan. Neyləmək, bu dərdin yoxdur əlacı, Düşmən qüvvətlidir, ol sa da acı... Onlar quyruğudur Şimmalla Qərbin, Girib qoltuğuna iki nəhəngin... Bizim də əlimiz açılıb göyə, Tanrıdan ədalət umuruq deyə. Yəqin ki, sirr bilən Qüdrətli Tanrı Gec edər, güc edər-var qanunları. İndi də söyləyək acı bir dastan- İbrahim və Lilpar- mözusu olan. Söylədiyim bu deyimlər Göyçənin gül bucağıdır- Qədim Oğuz məskənidir, Dərə adlı qucağıdır. Göyçə mahalında gözəl bir kənd var, “Dərə” adı vermiş ona babalar. Ortasından seloy salan dağ çayı Bölmüş iki yerə o tay, bu tayı. Sol yanında Tüklü təpə guşəsi. Sağ yanında qüzey palıd meşəsi. Ətrafında alçaq-hündür dağ, dərə, Arxasında Qara qüzey- mənzərə. Sol tərəfdə hündür Qatarqayadan Göyçəni seyr etmək olar oradan. Güllər bitir hər rəngdə hər yanda. Qəlb oxşayır al lalələr açanda. Nərgizlərin sanı-sayı olmayır, Baxdıqca insanın gözü doymayır. Novruz gülü, göy bənövşə, ağçiçək, Ətir verir calalarda gül-çiçək. Səpələnir calagülü düzlərə, Məftun edir insanı hər mənzərə... Kəndə əziz idi gələn hər qonaq, Qonaq ehtiramlar görürdü ancaq. Çox qaynar keçirdi axşam-səhəri, Sevinc yayılırdı bayram günləri. Hamı həyətlərdə tonqal çatırdı, Uşaqlar bacadan papaq atardı. Gülüş sədaları, qəhqəhə, səs-ün Alırdı başına kəndi büsbütün. Qızlar da çəkilib xəlvət yerlərə, Niyyət tuturdular qəlbində hərə. Qaba iynə salıb bəxt arardılar, İynələr toqqaşsa, şadlanırdılar. Oğlanlardan özünü dərk edənlər, Vurnuxardı gözaltı qız sevənlər. Sevgililər sulaşmaqdan doymazdı, Qız, oğlana belı fürsət olmazdı... Bu minvalla Novruz ötüb keçərdi. El yaylağa mayın sonu köçərdi. Ardı var... Geri dön |