Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həbsxanada həyat yoldaşı ilə görüşən Şiva Dadaşzadə gördüklərindən heyrətə gəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Həbsxanada həyat yoldaşı ilə görüşən Şiva Dadaşzadə gördüklərindən heyrətə gəlib

Həbsxanada həyat yoldaşı ilə görüşən Şiva Dadaşzadə gördüklərindən heyrətə gəlib


Tehranın Evin zindanında saxlanılan Əli Rzayi ilə onun həyat yoldaşı arasında qısa görüş olub.
Görüş martın 15-də Evin zindanının istintaq dairəsində baş tutub.

Ə.Rzayi fevralın 4-də Bəndər-Abbasa iş ezamiyyətinə gedərkən Tehranda tutulub və Evin zindanına aparılıb.

Azərbaycanlı fəalın həyat yoldaşı Şiva Dadaşzadə görüşlə bağlı öz facebook səhifəsində geniş bir mətn yazıb. Mətnin bir hissəsində deyilir ki, “Bu gün Əli ilə 10 dəqiqə söhbət etdim. Mənim nələr çəkdiyimi bəlkə Evin həbsxanası istintaq dairəsinin divarları bilər! Onu bir gün bu vəziyyətdə görəyəcəyimə inanmazdım! İnsan bir ayda nə qədər arıqlaya bilərmiş! O bir dəri bir sümük qalıb. Bilmirəm onun başına nə gəlib, ama yaxşı bilirəm ki, o çoxlu əzab-əziyyət çəkib.

Mən bir ay öncə onu görəndə, o sağlam bir insan idi və bugünkü insanla çoxlu fərqli idi. Mənim Əli bu günkü insanla çox fərqli olub. Həyat yoldaşımdan təkcə bir skelet qalıb!”

Əlinin inanılmaz vəziyyətdə olduğunu bildirən xanım Dadaşzadə, onun ruhi baxımdan yüksək vəziyyətdə olduğunu da bildirib: “O bütün bunlara baxmayaraq ruhi baxımdan yüksək vəziyyətdə idi. Mən bir həyat yoldaşı kimi onun belə bir iradəsi ilə fəxr edirəm. Əlini tanıyanların hamısı bilir ki, o necə bir sarsılmaz iradəyə malikdir.”

Xanım Dadaşzadə Novruz bayramı günlərində Ə.Rzayi kimi məhbuslar və onların ailələrinin narahatlığı ilə bağlı, bu ayrılığa səbəb olan insanlara da mesaj ünvanlayıb: “Novruz bayramı ailələrin bayramıdır. Bu bayram birlikdə keçirilir. Lakin mən və digər siyasi məhbusların ailələri “birlikdə olmaq”dan məhrumuq. Bilmirəm buna səbəb olan şəxslər, bayramı öz ailələri ilə birgə qeyd edərkən Əlinin qoca ata-anasını düşünmürlərmi?! Görəsən onlar bilmirmi, Əlinin valdeynləri hansı dərin nigaranlıqla bayram süfrəsi ətrafında toplaşır?!”

Xanım Dadaşzadə sonda özünü dünyanın ən çox intizarda olan qadını kimi hiss etdiyini bildirib və Əlinin ən qısa zamanda azadlığa buraxılmasını istəyib.

Geri dön