Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Soydaşlarımız Urmiyada də Firdosinin adını tablolar üzərindən silir (foto)
Soydaşlarımız Urmiyada də Firdosinin adını tablolar üzərindən silir (foto) |
Güney Azərbaycanın müxtəlif bölgələrində irqçi şair kimi tarixə düşən Firdosinin adına həssaslıq artıb.
Bir müddət öncə Salmas şəhərinin Bələdiyyəsi sosial tələb əsasında Firdosinin heykəlini meydandan qaldırıb və həmin meydanı “inqilab meydanı” adlandırdı. Bələdiyyənin bu müsbət əməli şəhər əhalisi və azərbaycanlılar tərəfindən rəğbətlə qarşılandı. Lakin bununla yanaşı fars şovinistləri və onların bir-iki manqurd əlatısı heykəlin yerinə qaytarılması üçün bir çox dövlət orqanına müraciət etdilər. Nəhayət gözlənilən oldu və rejim yenə də şovinistlərin mövqeyini dəstəklədi və heykəl yerinə qaytarıldı. Lakin yerli əhali bir daha öz etirazını göstərməyə cəhd göstərdi. Soydaşlarımızdan biri “Firdosi meydanı” yazılmış tablonun üzərindən Firdosinin adını silib və yerinə Füzuli yazdi. Sosial şəbəkələrdə paylaşılan məlumatlarda bildirilmişdir ki, bundan sonra Güney Azərbaycan coğrafiyasında fars şovinizminə aid adlar, tablolar üzərindən silinəcək. Son məlumata əsasən bu proses Urmiyə şəhərində davam etdirilir və bu şəhərdə Firdosinin adı tablolar üzərindən silinir. Xatırladaq ki, 10 gün öncə Güney Azərbaycanın daha bir önəmli şəhərində oxşar hadisə baş verib. Azərbaycanlı gənclər Təbriz şəhərinin önəmli bir məntəqəsində Firdosinin adını tablo üzərindən silib. Geri dön |