Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: -Bu qərar pozucu dövlətlərlə, beynəlxalq konvensiyaları saya salmayan ölkələrlə bir yerdə olmağın mümkünsüzlüyünün nümayişidir.
Fərəc Quliyev: -Bu qərar pozucu dövlətlərlə, beynəlxalq konvensiyaları saya salmayan ölkələrlə bir yerdə olmağın mümkünsüzlüyünün nümayişidir. |
Martın 16-da Ermənistanın paytaxtı İrəvanda Avronest PA-nın 4-cü sessiyası öz işinə başlayıb. Martın 18-dək davam edəcək sessiya çərçivəsində plenar iclasla bərabər, Büronun və 4 daimi komitənin iclası keçirilməli, müvafiq məruzələr üzrə irəli sürülmüş düzəlişlər səsverməyə çıxarılmalı, məruzələr yenidən müzakirə olunaraq qətnamə edilməli və Avronest PA-nın cari ilin may ayında Riqada keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə ünvanladığı ismarışlar qəbul edilməlidir.
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov APA-ya açıqlamasında bildirib ki, 2011-2014-cü illər ərzində davamlı şəkildə Büro iclaslarında işğalçı Ermənistan Azərbaycan torpaqlarını azad etməyənədək Avronest PA-nın sessiyalarının, Büro və komitə iclaslarının Ermənistanda keçirilməsinə və Ermənistanın Avronest PA-ya həmsədrliyinə qəti şəkildə öz etirazını bildiriblər: “Etirazlarımıza baxmayaraq, Avronest PA-nın plenar sessiyasının İrəvanda keçirilməsi barədə qərar qəbul edilib. Azərbaycan nümayəndə heyəti isə haqlı olaraq öz tələblərində israr nümayiş etdirib və Avronest PA-nın İrəvanda keçirilən sessiyasında iştirakdan imtina edib Azərbaycanın Avronestdəki nümayəndə heyətinin üzvü, MDHP sədri, deputat Fərəc Quliyev bildirdi ki, İrəvana getməmək qərarı tamamilə doğru olub: “Ermənistanın həm danışıqlar prosesində pozuculuq davranışları, həm girov götürdükləri azərbaycanlılarla bağlı hərəkətləri, həm atəşkəsi mütəmadi şəkildə pozmaları, Azərbaycan əleyhinə beynəlxalq qurumlarda verdikləri qeyri-ciddi və əsassız bəyanatlar bizim orda iştirakımıza lüzum qalmadığını sübut edir. Avropa təsisatlarının, böyük dövlətlərin diqqətini buna cəlb etmək istədik ki, Ukraynaya necə münasibət göstəriblərsə, Rusiyanı sanksiyaya məruz qoyublarsa, boykot ediblərsə, müxtəlif formatlardan kənarlaşdırıblarsa, eyni qərarları da Ermənistanla bağlı qəbul etmək lazımdır. Mən Pakistanın davranışlarının nümayiş olunmasının tərəfdarıyam. Necə ki, bu dövlət Ermənistanı dövlət kimi tanımır”. F.Quliyev əlavə etdi ki, İrəvana getməmək qərarı həm də Ermənistanın iştirak etdiyi qurumlarda Azərbaycanın iştirak etməməsini nümayiş etdirmək məqsədi daşıyır: “Bu qərar pozucu dövlətlərlə, beynəlxalq konvensiyaları saya salmayan ölkələrlə bir yerdə olmağın mümkünsüzlüyünün nümayişidir. Məncə, tamamilə doğru qərardır. Hər halda, imtinanın səbəbləri soruşulanda Azərbaycan tərəf mənim dediyim və demədiyim nüansları qabardacaq. O mənada imtina qərarının faydalı olacağını düşünürəm”. F.Quliyev İrəvanda Azərbaycan əleyhinə səsləndirilən ittihamların cavabsız qalmasına görə narahat deyil: “Keçən dəfə biz ordakı toplantıda iştirak etdik. Mən özüm də nümayəndə heyətinin tərkibindəydim. O zaman Sərkisyanın otağında Azərbaycan həqiqətləri ona deyildi və Ermənistanın işğlaçı olması mənim tərəfimdən də səsləndirildi. Onlar bir dəfə bunu dadıblar. Məncə, beynəlxalq aləm bizim budəfəki addımımızı da düzgün qəbul edəcək və ermənilər bizim yeni yanaşmamızın mahiyyətini anlayacaqlar”. Geri dön |