Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan xəbərləri |
Almaniyada Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) II Qurultayı keçirildi
Bildiyiniz kimi Almaniyanın Köln şəhərində Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) II Qurultayı “Youth Hostel” (Gənclər Evi) binasında 7 yanvar 2012-ci il tarixində keçirilib. İki gün davam edən qurultaya dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar (İsveçrə, Fransa, Hollandiya, Belçika,Skandinaviya ölkələrindən, Almaniyadan,Amerikadan və s.) qatılıb. Konfransda İranda yaşayan azərbaycanlıların məruz qaldığı hüquq pozuntularına, Ermənistanın Azərbaycana təcavüzünə, Xocalı soyqırımına həsr olunmuş çıxışlar olub. Eləcə də qurultay iştirakçıları çıxış üçün söz alaraq yaşadıqları ölkədə Azərbaycan diasporunun üzləşdiyi çətinliklərdən də danışıblar. Qurultayda GAMAC-ın əsasnamə və nizamnaməsinə əlavə və dəyişikliklər olunub. Nizamnaməyə uyğun olaraq bütün İdarə heyəti istefa verərək yenidən seçkilər keçirilib. Həmçinin demokratik səsvermə yolu ilə GAMAC-a başkan Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi seçilib. Qeyd edək ki, təşkilatın I Qurultayı Brüsseldə keçirilib. 2009-cu ildə Brüsseldə əsası qoyulan təşkilatın Avropanın bir neçə ölkəsində nümayəndəlikləri fəaliyyət göstərir. Mehrdad Kərəminin ailəsi ilə qısa telefon danışığı olmuşdur Mehrdad Kərəmi öyrənci aktivist və insan haqları fəalı 7 Yanvar İttilaat idarəsindən evlərinə zəng edərək anası ilə qısa telefon danışığı olmuşdur. Artırmalıyıq, Azərbaycan universitetlərinin öyrənciləri tutuqlamadan narazılıqlarını bildirdikdən və zəngan aktivistləri ilə ailəsinin ardıcıl olaraq Mehrdad bəyin sağlığı ilə bağlı nigaran keçirdiklərini elan etdikdən sonra bu qısa telefon danışığına izn verilmişdir. Bu qədər işin ardı tutulmasına baxmayaraq hələ də Mehrdad bəyin tutuqlanma səbəbi və ittihamları ilə baqlı heç nə bildirilməmişdir. Hakim Əlişahi, ailənin məhkəməyə dəfələrlə baş vurduğundan sonra valideynlərinə söyləmiş: “ Daha buraya baş vurmayın. Oğlunuz və tutuqlanma səbəbi haqqında heç bir bilgi verə bilmərəm. Təkcə bu qədər bilin ki, oğlunuz sağdır”. Hakim, Mehrdad bəyin universitə imtahanları haqqında söyləmiş: “ sonrakı dönəmlərdə təhsili davam edə bilər. O, bu fəaliyyətlərə qoşulanda bu günün fikrini etməli idi. Bilməli idi ki, imtahanlarına qatılmağının qarşısını ala bilərik”. Mehrdad Kərəmi, Təbriz universitəsinin Elektrik mühəndisliyi üzrə öyrəncisidir. Universitə yarımillik (semester, term) imtahanları vaxtında İttilaat məmurları tərəfindən yaxalanmış və beləliklə bu yarımillik təhsil həzf edilmişdir. Bu telefon danışığı Mehrdad kərəminin Təbrizdə İttilaat məmurları tərəfindən yaxalıb və Zəngan şəhərinin İttilaatına göndərildiyindən üçüncü telefon əlaqəsi idi. O, bir dəfə Dekabrın 25-i telefon edərək Təbrizdən Zəngana göndərildiyini söyləmiş və Dekabrın 30-unda isə bir neçə saniyəlik ailəsi ilə danışa bilmişdir. Mehrdad Kərəmi Zənganlı Azərbaycan Milli Aktivisti və Təbriz universitəsinin öyrəncisi Dekabrın 24-u universitə avtobusundan düşdüyündə Təbriz İttilaat idarəsi və Təbriz universitəsinin qorucular bölməsinin işbirliyi ilə tutuqlanmışdır və indilikdə Zəngan İttilaatının təkadamlıq kamerasında sorğulanır. “Azərbaycan Tanıtım Ocağı”nın keçmiş Katibi və Azərbaycan kimliyi uğrunda mübarizə aparan Mehrdad Kərəmi, bundan öncə də dəfələrə tutuqlanmış və hədə- qorxulara məruz qalmışdır. İranlı jurnalist qadın Fatimə Xerədmənd həbs olunub İranda bir çox islahatçı qəzetlə əməkdaşlıq edən jurnalist Fatimə Xerədmənd tutulub. “Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Fatimə Xerədməndi yanvarın 7-dən 8-nə keçən gecə evindən aparıblar. Fatimə Xerədməndin yoldaşı, jurnalist və siyasi fəal Məsud Ləvasani BBC televiziyasının farsdilli redaksiyasına açıqlamasında ETTELAAT əməkdaşlarının evdə 3 saata qədər axtarış apardığını bildirib: “Xanımımın həbsini onun siyasi məhbus ailələri ilə əlaqədə olması ilə əlaqələndirdilər. Fatiməni apararkən məmurlarla elə bir çaxnaşma yaranmadı. Lakin mən və 4 yaşlı oğlumuz hələ də şok içindəyik. Yoldaşımın heç vaxt siyasi fəaliyyəti olmayıb və onun tutulmasının əsl səbəbi bizə aydın deyil”. GÜNEY AZƏRBAYCAN TELEVİZİYASINDA İRAN MÜZAKİRƏLƏRİ Güney Azərbaycan Televiziyasının “Həftə sonu” proqramının 8 yanvar buraxılışında İranla bağlı 3 olay ətrafında fikir mübadiləsi aparılıb: ABŞ prezidenti Barak Obamanın İranın Mərkəzi Bankı ilə əməkdaşlıq edən maliyyə qurumlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi imzalaması, Avropa Birliyinin də eyni addım atacağı xəbərləri; İranın Hörmüz boğazına yaxın ərazidə hərbi təlimlərə başlayaraq yeni raket sınaqdan keçirməsi və ABŞ hərbi gəmilərinə meydan oxumağa çalışması; İranda internetin məhdudlaşdırlacağı ilə bağlı açıqlama. Proqramın qonağı olan politoloq Sədrəddin Soltan ABŞ və Avropa Birliyinin İran Mərkəzi Bankına qarşı tətbiq edəcəyi sanksiyaların İran iqtisadiyyatında çox ciddi fəsadlar törədəcəyini vurğulayaraq qonşu ölkədə inflyasiyanın sürətlə artdığına diqqət çəkib: “Azərbaycan da mövcud sanksiyalar çərçivəsində “Qərb, yoxsa İran” dilemmasında birinciyə üstünlük verəcək. Bu baxımdan İranın Azərbaycana yönəlik təxribatları arta bilər. Qərbin sanksiyalarına qoşulmaqla bərabər təhlükəsizliyimizin artırılmasına da diqqət yetirməliyik”. İranın Hörmüz boğazında hər hansı bir təxribat törədəcəyini istisna etməyən politoloq bu halda Tehranın yalnız ABŞ-la deyil, körfəz ölkələri ilə də üz-üzə qalacağını bildirib. Sədrəddin Soltan interneti məhdudlaşdırmağa çalışan Tehranın istəyinə çatmayacağını vurğulayıb: “Vaxtilə çanaq antenalarını da qadağan etmişdilər, ancaq insanlar yenə dünya kanallarına baxmaqda davam edir. Elə Güney Azərbaycan Televiziyasını götürək. Tehran bu kanalın yayımına nə qədər məhdudiyyət qoymağa çalışsa da, Arazın o tayında yenə kanalı izləyirlər”. Proqramın aparıcısı Elxan Şahinoğlu İran ətrafında halqanın daralması səbəbindən Tehranın aqoniya içində olduğunu bildirib: “İrandakı rejim Qərbə meydan oxumağa çalışır, körfəz ölkələrinə barmaq silkələyir, qonşu dövlətləri hədələyir. Bir sözlə, ətraf aləmlə kəllə-kəlləyə gəlir. Yaxın tarixdə özündən razı olan çox belə rejimin çökdüyünə şahid olmuşuq. Ona görə İranın başbilənlərinin dönüb aynaya baxması məsləhətdir”. Təxt-i- Süleyman işçilərinə 6 aydır maaş verilmir Təxti—Süleyman müdürü və Qərbi Azərbaycanın Tarixi əsərlər qoruma idarəsi arasında olan söz söhbətlə, işçiləri çətinliklə üzləşdirmişdir. Belə ki, Təxt-i-Süleyman tarixi məcmuənin işçiləri altı aydır aylıq maaşdan məhrum qalmışlar. Fərhad Əzizi, Təxt—Süleymanın İlamlı müdürü çox sayıda qohum və şəhərdaşlarını qanunsuz olaraq bu tarixi yerdə işə almışdır. Bu məsələ əyalətin məsullarının narazılığına səbəb olmuşdur. Əyalət məsulları bu fikirdədirlər ki, yerli insanlar burada işləməlidirlər. Birinci olaraq yerli olmayan və işə alınan insanlar işdən çıxarılmalıdırlar. Sonra işçilərin maaşları verilə bilər. Əzizi də öz qohum və tanışlarını işdən kanarlaşdırmadığından maaşlar ödənilmir. Bu ara 60 yerli işçi ( onların 45-i fəhlədir), müdürün şəxsi mənfəətləri və əyalət məsullarıl ilə Təxt-i- Süleyman müdürünün dalaşmalarının nəticəsində altı aydır çətin vəziyyətə qalmışlar. Təxt-i- Süleyman Tarixi əsərləri Qərbi Azərbaycan əyalətinin (Tikantəpə)Tikab şəhərinin 45 kilometrliyində yerləşir. Bu tarixi əsər İranın Uneskoda qeydə alınmış dördündü əsərdir İran parlamentinin sədri Əli Laricani Mahmud Əhmədinejadın qərarına qarşı çıxıb “İranda 10 milyon vətəndaşa verilən subsidiyanın kəsilməsi qanunaziddir və bunu etməyə heç kimin haqqı yoxdur”. Bunu İran parlamentinin sədri Əli Laricani deyib. O bildirib ki, subsidiya yardımları xalqın haqqıdır: “Dövlət vətəndaşlara ayrılan belə bir yardımı kəsə bilməz. Lakin kasıblara daha çox ödəmək və subsidiyalardan imtina edən şəxslərə bu yardımı dayandırmaq olar”. Qeyd edək ki, bir müddət əvvəl Mahmud Əhmədinejad dövlət tərəfindən 10 milyon nəfərə ayrılan subsidiyaların kəsiləcəyini bildirib, İranın Subsidiyaların Məqsədyönlü Paylanması üzrə Təşkilatının rəsmisi də bu qərarın icra ediləcəyini təsdiqləyib. Xiyov Çayında Dünya Rekordu qırıldı Güney Azerbaycanın Xiyov şəhərində yaşayan Rəsul Süleymani 2 saat 12 dəqiqə Xiyov çayının buz tutmuş suyunda üzərək dünya rekordunu öz adına yazdırdı. Rəsul Süleymanidən önce rekord Çinli Cinsung adlı insana aid idi, ancaq Rəsul Süleymani 12 dəqiqə buzlu suda daha çox qalaraq Çinli rekord sahibinin rekordunu qırdı, 50 yaşında olan Süleymani idman baxanlığının göndərdiyi nazirlərin va üzmə fedrasiyonunun məsulları nizarəti altında bu rekordu gerçəkləşdirdi. Hürmüz Boğazında Böyük Gərginlik İranın gündəlik 17 milyon vedrə neft keçişi olan Hürmüz Boğazını bağlama təhdidinin ardından İngilis donanması da hərəkətə keçdi.ABDin bölgədəki manevrlərinin yanında İngilis Donanması ən inkişaf etmiş destroyerini Hürmüz Boğazına göndərir. Çərşənbə günü yola çıxacaq gəminin Yanvar ayının sonuna qədər bölgədə olması gözlənilir. Bir gəminin daşıya biləcəyi dünyanın ən inkişaf etmiş radar sisteminə sahib destroyerin İran raketlərinə qarşı zamanında tədbir alabilmək üçün istifadə ediləcəyi ifadə edildi. Radara yaxalanmama xüsusiyyətinə sahib olan bu gəmi, ABŞ və Fransa kimi müttəfiqlərin də etina ve önəm verdiyi bir gəmidir. HMS Daring Destroyeri adinda olan gəmi dünyanın ən inkişaf etmiş radarına sahib. Eyni anda onlarca raket ilə təyyarəni təsbit və təqib qabiliyyətinə sahibdir. Ən yeni texnologiyaya sahib gemiye geniş yer verən İngilis mediası, xəbərlərində "İranın əlindəki raketləri təsirsiz hala gətirəcək ən yeni texnologiya yola çıxdı" ifadələrini istifadə etdi. Türkiyə xarici işlər naziri: İranın mübahisəli nüvə proqramı ilə bağlı “altılıq”la müzakirələrin Türkiyədə aparılması barədə razılıq əldə olunub İran nüvə texnologiyaları məhsullarını beynəlxalq bazara çıxarmaq niyyətindədir. APA-nın məlumatına görə, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Ferudin Abbasi-Davani bildirib. Onun sözlərinə görə, İran artıq beynəlxalq təzyiqlərə baxmayaraq, nüvə texnologiyaları sahəsində mühüm nailiyyətlər qazanıb: “Artıq ölkəmiz tibbdə istifadə olunan ağır su (deyterium oksidi) istehsal edə bilər. Bundan əlavə, İran nüvə stansiyası inşa edəcək və nüvə texnologiyaları ixrac edə biləcək gücdədir”. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə İranın mübahisəli nüvə proqramı ilə bağlı “altılıq”la müzakirələrin Türkiyədə aparılması barədə razılıq əldə olunduğunu bildirib. İranın “Mehr” xəbər agentliyinin məlumatına görə, Davudoğlu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonla danışdığını və hər iki tərəfin də Türkiyədə görüşməyə razılaşdığını bildirib: “Müzakirələrin ən qısa müddətdə başlayacağına ümid edirəm". Ə.Davudoğlu əlavə edib ki, Avropa Birliyi və ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar Türkiyə üçün keçərli deyil. Bu arada İran təbii uran ehtiyatlarına malik Afrika ölkələrinə hər cür kömək etməyə hazır olduğunu açıqlayıb. İran Atom Enerjisi Təşkilatının rəhbəri Feridun Abbasi-Davani deyib ki, İran təbii uran maddəsinin çıxarılmasından tutmuş nüvə reaktorları üçün yanacaq zənginləşdirilməsinə qədər bütün dövrü öyrənib: “Biz bu texnologiyanı təbii uran ehtiyatlarına sahib dost Afrika ölkələri ilə də bölüşə bilərik. Uran maddəsinin nüvə yanacağına çevrilməsi üçün stansiyalar tikməyə hazırıq”. Türkiyə xarici işlər naziri: İranın mübahisəli nüvə proqramı ilə bağlı “altılıq”la müzakirələrin Türkiyədə aparılması barədə razılıq əldə olunub İran nüvə texnologiyaları məhsullarını beynəlxalq bazara çıxarmaq niyyətindədir. APA-nın məlumatına görə, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Ferudin Abbasi-Davani bildirib. Onun sözlərinə görə, İran artıq beynəlxalq təzyiqlərə baxmayaraq, nüvə texnologiyaları sahəsində mühüm nailiyyətlər qazanıb: “Artıq ölkəmiz tibbdə istifadə olunan ağır su (deyterium oksidi) istehsal edə bilər. Bundan əlavə, İran nüvə stansiyası inşa edəcək və nüvə texnologiyaları ixrac edə biləcək gücdədir”. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə İranın mübahisəli nüvə proqramı ilə bağlı “altılıq”la müzakirələrin Türkiyədə aparılması barədə razılıq əldə olunduğunu bildirib. İranın “Mehr” xəbər agentliyinin məlumatına görə, Davudoğlu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonla danışdığını və hər iki tərəfin də Türkiyədə görüşməyə razılaşdığını bildirib: “Müzakirələrin ən qısa müddətdə başlayacağına ümid edirəm". Ə.Davudoğlu əlavə edib ki, Avropa Birliyi və ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar Türkiyə üçün keçərli deyil. Bu arada İran təbii uran ehtiyatlarına malik Afrika ölkələrinə hər cür kömək etməyə hazır olduğunu açıqlayıb. İran Atom Enerjisi Təşkilatının rəhbəri Feridun Abbasi-Davani deyib ki, İran təbii uran maddəsinin çıxarılmasından tutmuş nüvə reaktorları üçün yanacaq zənginləşdirilməsinə qədər bütün dövrü öyrənib: “Biz bu texnologiyanı təbii uran ehtiyatlarına sahib dost Afrika ölkələri ilə də bölüşə bilərik. Uran maddəsinin nüvə yanacağına çevrilməsi üçün stansiyalar tikməyə hazırıq”. “Washington Times”: İranın ən açıq hədələri Azərbaycana yönəlib ABŞ-ın “Washington Times” qəzetinin 6 yanvar buraxılışında Stiven Blank adlı yazar ABŞ-a məxsus pilotsuz təyyarənin İran tərəfindən ələ keçirilməsi, bunun ABŞ-ın müttəfiqlərinə və həmçinin İranın qonşusu kimi Azərbaycana olan təhlükələri barədə məqalə yazıb. Stiven Blank ABŞ Hərb Akademiyası Kollecində strateji araşdırmalar institutunda professordur. Həmin məqaləni təqdim edirik: İranın ABŞ-ın pilotsuz təyyarəsini ələ keçirməsi bizi bəzi çətin, xoşagəlməz, ancaq fundamental təhlükəsizlik məsələlərini yenidən gözdən keçirməyə vadar edir. Əgər İran iddia etdiyi kimi, ABŞ təyyarəsini aşağı endirə bilirsə, bu, İran kəşfiyyatının pilotsuz təyyarəsinin komanda və nəzarət sistemini öyrənməyə və ona heç bir zədə törətmədən aşağı endirməyə qadir olduğunu göstərir. Amma Obama administrasiyasının dediyi kimi, pilotsuz təyyarə nasazlıq ucbatından yerə enibsə, İran böyük ehtimalla onun komanda və nəzarət sistemininin sirlərini rus və çin texniklərinin köməyilə öyrənəcək. Pakistan artıq ABŞ-ın etirazından sonra Usamə Bin Ladenin ələ keçirilməsi zamanı qəzaya uğrayan helikopteri geri qaytarıb. Biz İrandan da eyni hərəkəti gözləyirik. Ancaq bu ölkələr böyük ehtimalla bizim pilotsuz təyyarələrimizi necə istifadə etməyi öyrənəcək və bizi bu təyyarələrdən kəşfiyyat məqsədilə istifadə edib-etməməklə bağlı bir daha düşünməyə vadar edəcək. İran bu sistemləri idarə etməyi öyrənsə, o, nüvə proqramına nəzarət etmək istəyən xarici kəşfiyyat qurğularının qarşısına çıxmaq qabiliyyətinə malik olacaq. Bu, İranın Körfəz ölkələrində və Yaxın Şərqdə kəşfiyyat nəzarət imkanlarını inkişaf etdirmək üçün əvəzsiz vasitə olacaq. Ancaq ABŞ, İsrail, müttəfiqlərimiz olan Körfəz ölkələri və böyük ehtimalla Əfqanıstandakı Beynəlxalq təhlükəsizliyə yardım qüvvələri üçün olan bu mənfi nəticədən başqa, bu hadisənin Xəzər dənizi hövzəsində, xüsusilə də Azərbaycan üçün böyük mənfi nəticələri olacaq. Hər bir Mərkəzi Asiya xalqı kimi, Azərbaycanın da İranla bağlı şübhələri var. Tacikistan radikal İslamçı təbliğatından ehtiyatlanaraq, öz tələbələrini İrandan geri çağırıb. Digər Mərkəzi Asiya dövlətlərinin heç biri də İranı Şanxay Əməkdaşlıq Təşkilatının üzvü kimi görmək istəmir, həmçinin onun nüvə proqramını dəstəkləmir. Onların hamısı İranın ölkələrində iğtişaş və terrorizm törətmə potensialından şübhələnirlər. İran həmçinin Azərbaycan, Qazaxıstan və Türkmənistanın Xəzər dənizində enerji istehsalını genişləndirmək cəhdlərinin qarşısını müntəzəm olaraq alıb. Ancaq İranın ən açıq hədələri Azərbaycana yönəlib. Bu, Tehranın Bakının ABŞ, İsrail tərəfdaşı olmağından şübhələnməsinə görə deyil, Azərbaycanın İranın şimal-qərbində yaşayan azərbaycanlılar arasında etnik qarşıdurma yaratmaq və bu hissəni İrandan ayırmağa çalışdığından qorxmasından qaynaqlanır. Bu əsassız qorxu deyil. Sovet İttifaqı 1920-21, 1945-46-cı illərdə bunu etməyə çalışıb. Lakin azərbaycanlı azlıqların qorxusu İranın Azərbaycana etdiyi hədələr üçün daha çox bəhanədir. İranın əsl qorxusu Azərbaycanın ABŞ və İsraili dəstəkləməsi və ABŞ bölgədə əməliyyat keçirərsə Azərbaycanın onun üçün platformaya çevrilməsi ilə bağlıdır. Faktiki olaraq İran Azərbaycanı on ildən çoxdur ki, təhdid edir. İran Azərbaycanın Dağlıq Qarabağ ərazisinin ermənilər tərəfindən işğal edilməsini o dərəcədə dəstəkləyib ki, Ermənistan müntəzəm olaraq BMT-nin İrana qarşı olan sanksiyalarına veto qoyur. 2001-ci ildə İran Azərbaycanın Xəzər dənizində neft tədqiqatı aparan platformasını vurub. Dənizin qanuni statusunu müəyyənləşdirməyin qarşısını almaqdan başqa, İran həmçinin daim Azərbaycanı ölkəsində ABŞ bazasını dəstəklədiyi təqdirdə, işğalla və digər naməlum hərbi əməliyyatlarla hədələyir. Son zamanlarda ölkədəki şiə müsəlmanlarının hökumət əleyhinə olan etirazlarının arxasında İran fitvası olduğu açıq-aydındır. İranın raket və peyk imkanları genişlənəcəyi və nüvə silahı əldə edəcəyi təqdirdə bu təhdidlər daha da qorxulu hal alacaq. İranın pilotsuz təyyarələrin kəşfiyyat, nəzarət və ondan istifadə etmə imkanları artdıqca, onun təkcə Yaxın Şərqə yox, həmçinin Mərkəzi Asiya və Qafqaz qonşularına olan təhlükəsi də artır. Pilotsuz təyyarənin ələ keçirilməsinin siyasətçilərə və analitiklərə bir daha İranın təkcə Yaxın Şərq, İsrail, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinə deyil, həmçinin İranla qonşu ölkələrə və ümumilikdə beynəlxalq təhlükəsizliyə qarşı böyük təhdid olduğunu yada salır. Bu texnologiyanın yayılması İranın nüvə silahı qədər böyük təhlükə olmasa da, onu kiçik təhlükə də hesab etmək mümkün deyil. Nəticədə İranın bu sistemləri mənimsəməsi onun Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiyaya olan təhdidini əhəmiyyətli dərəcədə artıracaq. Amerika Birləşmiş Ştatları və bu ölkələr İran təhlükəsini nəzərə almalı və gözlə görülən təhlükəli vəziyyətə cavab verməlidir. İranda əhalinin böyük əksəriyyəti internetdən istifadə edə bilmir “İran əhalisinin 85 faizi internetdən istifadə edə bilmir. İstifadəçilərin 85 faizi isə internetə telefon və ya dial-up vasitəsilə qoşulur”. Bunu rəsmi dövlət orqanı olan İran Statistika (amar) Mərkəzi açıqlayıb. Məlumatda bildirilir ki, 75 milyon əhalisi olan İranda cəmi 14,7 faiz, yəni 11 milyon nəfər internetdən istifadə etmək imkanına malikdir. İnternetdən istifadəyə görə, paytaxt Tehran birinci, Zahidan şəhəri isə sonuncu yerdədir. Ramin Cəbrəili (Yaşar) mülki vəsiqə qarşılığında azadlığa buraxılıb Güney Azərbaycanlı fəal Ramin Cəbrəili (Yaşar) 2012-ci il yanvarın 7-də Təbriz zindanından azadlığa buraxılıb.2011-ci il dekabrın 31-də (1390-cı il deyin 10-da) tutuqlanan Cəbrəili, 20 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.Məlumata görə, azərbaycanlı fəal ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında saxlanıldığı zaman ağır işgəncələrə məruz qalıb.Cəbrəilinin sözlərinə görə, Onun məhkəməsi 2012-ci il fevralın 1-i (1390-cı il bəhmənin 12-i) Calal Salehpur və Əlirza Hüseynzadə ilə birlikdə keçirilə bilər. Geri dön |