Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Niftalı Göyçəli- İbrahim və Lilpar dastanı (davamı)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Niftalı Göyçəli- İbrahim və Lilpar dastanı (davamı)

Niftalı Göyçəli- İbrahim və Lilpar dastanı (davamı)




Sürərdilər sürüləri dağlara,
Elat da çatardı dövlətə-vara.

“Oruc oğlu”, “Danalığ”ın ətəyi,
Yurd olardı “Məntəqə”nin ensəyi.

Bu məskənlər sağım yeri olardı,
“Məhsul damı” süd, qaymaqla dolardı...

Əfsus ki, bu şadlıq, bu xoş güzəran
Çox çəkmədi, gəldi qadalı dövran.

Başlandı dünyanın qanlı göz yaşı-
Tarixin ikinci cahan savaşı.

On beş ər itirdi Dərə kəndi də,
Cavan ömürləri söndü cəbhədə.

Gedənlər getdilər izsiz-soraqsız,
Yaşadı analar nursuz-çıraqsız.

Əlimizdən gələn bir budur, fəqət
Tanrıdan onlara diləyək rəhmət!

Onlar o dünyada, biz bu dünyada,
Bəşər yaranadan belədir qayda...

Yaranan getməli, deyə ki, qanun,
Gəncliksə ölümlə heç gəlmir uyğun.

Neyləmək, fələyin əyri işləri.
Çoxdur bu cahanın kəc gərdişləri.

Nə isə, uzağa apardı xəyal,
Dərinə getdikcə pozulur əhval.

Bizə məlum olan bu görüntüər
Bəzisi sevincdir, bəzisi kədər.

Hər müşkül işləri Yaradan bilir,
Yaxşıya, yamana o qərar verir.

Qayıdaq mövzuya, alaq qələmi,
Başlasın buradan sevginin çəmi.

Niftalı Göyçəli- İbrahim və Lilpar dastanı (davamı)



Söylədiyim məhəbbətin
Çiçəklənən növrağıdır;
İstəklərin, duyğuların,
Arzuların gül çağıdır.

Novruz günləriydi Göyçə mahalı
Al-yaşıl geymişdi zərli-zibalı.

Gümüş libasını soyunmuş dağlar
Bəzisi zirvədə saxlamış ağ qar.

Əyilməz, yenilməz bir hünər kimi,
Dayanmışdı dağlar qoca nər kimi...

Göyçə gölünün də ayna camalı
Gözəl görünürdü, hə də səfalı.

Əritmişdi günəş buz pərdəsini,
Yaymışdı üzünə od nəfəsini.

Pay vermişdi ona parlaq nurundan,
Büllur tək yanırdı o da qürurdan.

Artıq məğlub idi qışın ordusu,
Gəlib yetişmişdi bahar arzusu.

Şaxtalar, çilələr vidalaşmışdı,
Təbiət dəyişib yaşıllaşmışdı.

Açmışdı çəməndə gül-çiçək seyrək,
Hərdən də əsirdi sərin meh, külək.

Dilbər guşələrə sığal çəkirdi,
Düzlərdə torağay, quşlar səkirdi.

Bütün gözəlliklər girmiş vəhdətə,
Qoşulmuş ahənglə xoş təbiətə.

Bahar ürəklərə rövnəq verirdi,
Qüssəni, kədəri, qəmi silirdi.

Naxışlı görkəmə girən təbiət
Vermişdi bahara, yaza təravət.

Şadlıq, şadyanalıq yayılmış elə,
Şənliyin axını dönmüşü selə.

Dərə kəndinin də başqa kəndlər tək
Keçirdi bayramı gülgün, mübarək.

Bahar muradına çatmışdı hamı,
İbrahim də daddı bu şirin tamı.

Dünən qız evinə gedən elçilər
Gətirmişdi ona müjdə, şad xəbər.

Odur ki, sevinci qalxmışdı göyə,
Günəşdən eşqinə nur alsın deyə.

Bir məşəl yanırdı qəlbində gizli,
Daha məlum oldu, Lilparmış ərzi.

Lilpar da ki gözəl, bir ay, bir mələk,
Gözəlləmə deyək, belə söyləyək.

Vəsf edək bu cürə, yazaq dastana,
Müxəmməsin dili uyğundur ona.

Niftalı Göyçəli- İbrahim və Lilpar dastanı (davamı)



Söylədiyim bu deyimdə
Əsli, Leyli seçimi var,
Gözəlliyin gözəl sözlə
Lilpar payı, biçimi var.

Lilpar göyçək, Lilpar mələk,
Ağ üzündə lalə qoşa.
Tanrı özü qələmilə
Sürmələr çəkmişdi qaşa.
Uzun saçlı, nərgiz gözlü,
Bənövşə iy verib başa.
Göyçəklərin göyçəyiydi,
Yaman gözdən, dildən haşa.

Camalı nur, baxışı nur,
Bu gözəl günəşdi, aydı.
Özü bir bəşər olsada,
Hürilər ona taydı.
Ədəbibndə, kamalında,
Gözəllikdə bircə saydı.
Yeddi fələk enib göydən
Ona eylərdi tamaşa.

O cənnətdən pəri kimi
Yaranıb sonra gəlmişdi,
Əsli kimi, Leyli kimi
Şəfəqə, nura gəlmişdi.
Sevgisinə, vəfasına,
Güllü bahara gəlmişdi.
Yazılmışdı taleyinə
İbrahimlə adı qoşa.

Bəli, düzüb-qoşan, yazan Ali, tək
Qoşa adlar yazdı, dedi:-Mübarək!

Yazdı İbrahimi Kərəm ilə tən,
Dedi Lilpara da:- Əslitək sevən.

Nişanlandı artıq iki sevənlər,
Görüş yasaq oldu nigaha qədər.

Lilparın atası müdrik bir insan,
Nüfuz sahibiydi, ucaydı ad-san.

Anası hörmətli, ismətli qadın,
Böyüdüb ərkanlı, kamil övladın.

İbrahim də dindar-Quran əhlinin
Yeganə oğluydu-anlamı dərin.

Yalnız bircə fürsət vardı ki, o da
Görüşmək olardı qonum-qonşuda.

Kənardan tamaşa edərdi oğlan,
Qız da oğrun-oğrun, gözucu- altdan.

Ürəkdən-ürəyə işıq seli tək
Axırdı düyğular, məhəbbət, istək.

Beləydi ki istək, əsas tərbiyə:
Sevən car çəkmirdi sevirəm,- deyə...

Davamı sonra...

Geri dön