Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda fərdi ovçuluq təsərrüfatı ilə məşğul olmaq istəyənlər 1100 manat rüsum ödəyəcəklər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Azərbaycanda fərdi ovçuluq təsərrüfatı ilə məşğul olmaq istəyənlər 1100 manat rüsum ödəyəcəklər

Azərbaycanda fərdi ovçuluq təsərrüfatı ilə məşğul olmaq istəyənlər 1100 manat rüsum ödəyəcəklər


Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə fərdi ovçuluq təsərrüfatlarının təşkili ilə bağlı maddə əlavə edilib.

Fərdi ovçuluq təsərrüfatı ilə məşğul olmaq istəyənlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 1100 manat rüsum ödəməlidirlər.

Geri dön