Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Əli Rzayinin həyat yoldaşı işdən uzaqlaşdırılıb
Əli Rzayinin həyat yoldaşı işdən uzaqlaşdırılıb |
Hazırda Tehranın Evin zindanında təknəfərlik məhbəsdə saxlanılan azərbaycanlı milli-mədəni fəal Əli Rzayinin ailəsinə təzyiqlər artıb.
Məlumata görə, fəalın həyat yoldaşı Şiva Dadaşzadə iş yerindən uzaqlaşdırılıb. Buna onun həyat yoldaşının vəziyyəti ilə bağlı xəbər yayması və kütləvi informasiya vasitələrinə müsahibə verməsi səbəb olub. Ş.Dadaşzadə uzun illərdir Kərəc şəhərinin Pəyam- Nur universitetində araşdırma və təhsil mərkəzinin müdiri kimi fəaliyyət göstərib. Ş.Dadaşzadənin martın 15-də (isfəndin 24-də) Evin zindanının istintaq dairəsində həyat yoldaşı Əli Rzayi ilə bir neçə dəqiqəlik görüşü olub. O görüşdən sonra Facebook səhifəsində geniş bir mətn yazıb. Mətnin bir hissəsində qeyd olunur ki, “Bu gün Əli ilə 10 dəqiqə söhbət etdim. Mənim nələr çəkdiyimi bəlkə Evin həbsxanası istintaq dairəsinin divarları bilər! Onu bir gün bu vəziyyətdə görəyəcəyimə inanmazdım! İnsan bir ayda nə qədər arıqlaya bilərmiş! O bir dəri bir sümük qalıb. Bilmirəm onun başına nə gəlib, ama yaxşı bilirəm ki, o çoxlu əzab-əziyyət çəkib. Mən bir ay öncə onu görəndə, o sağlam bir insan idi və bugünkü insanla çoxlu fərqli idi. Mənim Əli bu günkü insanla çox fərqli olub. Həyat yoldaşımdan təkcə bir skelet qalıb!” Əlinin inanılmaz vəziyyətdə olduğunu bildirən xanım Dadaşzadə, onun ruhi baxımdan yüksək vəziyyətdə olduğunu da bildirib: “O bütün bunlara baxmayaraq ruhi baxımdan yüksək vəziyyətdə idi. Mən bir həyat yoldaşı kimi onun belə bir iradəsi ilə fəxr edirəm. Əlini tanıyanların hamısı bilir ki, o necə bir sarsılmaz iradəyə malikdir.” Xanım Dadaşzadə Novruz bayramı günlərində Ə.Rzayi kimi məhbuslar və onların ailələrinin narahatlığı ilə bağlı, bu ayrılığa səbəb olan insanlara da mesaj ünvanlayıb: “Novruz bayramı ailələrin bayramıdır. Bu bayram birlikdə keçirilir. Lakin mən və digər siyasi məhbusların ailələri “birlikdə olmaq”dan məhrumuq. Bilmirəm buna səbəb olan şəxslər, bayramı öz ailələri ilə birgə qeyd edərkən Əlinin qoca ata-anasını düşünmürlərmi?! Görəsən onlar bilmirmi, Əlinin valdeynləri hansı dərin nigaranlıqla bayram süfrəsi ətrafında toplaşır?!” Xatırladaq ki, Ə.Rzayi fevralın 4-də (bəhmənin 15-də) Bəndər-Abbasa iş ezamiyyətinə gedərkən Tehranda tutulub və Evin zindanına aparılıb. Geri dön |