Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fransadan Türkiyəyə daha bir zərbə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Fransadan Türkiyəyə daha bir zərbə

Fransadan Türkiyəyə daha bir zərbə


“Erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsini Senatda müzakirəyə çıxarmaq istəyən Fransadan Türkiyəyə qarşı növbəti zərbə vurulur. Fransanın dövlət başçısı Nikola Sarkozi bu müzakirələri belə gözləmədən Türkiyənin Avropa Birliyinə üzvlük müddətinə təsir edə biləcək başqa bir addım atıb. Belə ki, Nikola Sarkozi qondarma soyqırımı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun Avropa Birliyi ölkələrində də tətbiq edilməsi üçün fəaliyyətə başlayıb.
Türkiyənin "Hürriyyet" qəzetinin verdiyi məlumata görə, əgər qanun layihəsi qəbul edilsə, qondarma erməni soyqırımını inkar edənlər AB daxilində 1-3 il arası həbs cəzası alacaq.

Fransa Avropa Birliyinin "Çərçivə qərarı"ndan istifadə edərək “Erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsini AB daxilində tətbiq etmək istəyir.

Qeyd edək ki, adıçəkilən "Çərçivə qərarı" 2007-ci 17 aprel tarixində Avropa Birliyi Məhkəmə və Daxili İşlər Şurası tərəfindən irqçilik və şovinizmlə mübarizə məqsədi ilə qəbul olunub. Qərar Avropa Birliyinə üzv dövlətlər qarşısında yəhudi soyqırımının inkarına görə cəzalandırmanı nəzərdə tutan qaydalar qəbul edilməsini şərt qoyur. Bu qərar 2001-ci ildən müzakirə edilib və Almaniyanın AB-yə rəhbərliyi dövründə qəbul edilib.

Parisdən göndərilən təlimatdan sonra Fransanın Brüsseldəki rəsmiləri və diplomatları AB komissiyası nəzdində işlərə başlayıblar.

Xatırladaq ki,qondarma soyqırımı inkar edənlərin cəzalandırılması haqqında qanunun 23-31 yanvar arası Fransa Senatının gündəminə təqdim olunması nəzərdə tutulub.

Geri dön