Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Abbas Lisaninin qiyabi olaraq məhkəmə iclası keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Abbas Lisaninin qiyabi olaraq məhkəmə iclası keçirilib

Abbas Lisaninin qiyabi olaraq məhkəmə iclası keçirilib


Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin qiyabi olaraq məhəmə iclası keçirilib.
Bundan öncə dəfələrlə məhkəmə iclasının İran anayasasının 168-ci əslinə əsasən açıq keçirilməsini tələb edən fəal məhkəməyə getməkdən imtina etmişdir. Son məlumata görə, tanınmış azərbaycanlı fəalın qiyabi Məhkəmə iclası martın 16-da (isfəndin 25-də) iki ərdəbilli fəal Məhəmməd Xakpur və Mehdi Əjdərinin qatılımı ilə keçirilib. Adı çəkilən fəallar bundan öncə A.Lisaninin dosyesində olan iddialardan xəbəri olan şəxslər kimi məhkəməyə çağırılmışdır.

Məlumata görə, hakim Əsədpur dəvət olunmuş fəallardan tanınmış milli-mədəni fəala qarşı etiraf almağa çalışıb və onlardan A.Lisaniyə qarşı irəli sürülən ittihamları təsdiq etməyə tələb edib. Lakin M.Xakpur və M.Əjdəri müttəhimə qarşı irəli sürülən ittihamları rədd edib və A.Lisani ilə münasibətlərini Azərbaycanın milli və demokratik hüquqları uğrunda olduğunu bildiriblər. Fəalların A.Lisaninin fəaliyyətlərini kəskin şəkildə müdafiə etməsi, hakimin narahatlığına və onun təhdid etməsinə səbəb olub.

Məlumatda deyilir ki, dəfələrlə saxlanma təhdidi ilə üzləşən fəallar A.Lisani və öz fəaliyyətlərini sonuna qədər müdafiə edib və hakimin istəklərinə boyun əyməyiblər.

Bildirək ki, A.Lisani tanınmış fəallardan biridir. O mədəni fəaliyyətlərinə görə çoxlu təzyiqlərə məruz qalıb və illərcə həbs edilib. Tanınmış fəal 2011-ci il (1390-cı il) Urmu gölü etirazları ilə bağlı tutulub və mühakimə edilib, onun məhkəmə prosesi hələ də davam edir.

Geri dön