Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Salmasda heykəl olayı və güneyin şəhər şuraları (audio)
Salmasda heykəl olayı və güneyin şəhər şuraları (audio) |
Davam.az güneyli siyasi fəal Yunus Şamilinin Amerikanın Səsi radiosuna verdiyi müsahibəni təqdim edir:
Qərbi Azərbaycan vilayətinin Salmas şəhərində şair Firdovsinin heykəlinin götürülməsinin ardınca İranda dövlət orqanları və şovinist qrupların Salmas şəhər şurasına qarşı birgə hərəkətə keçməsi siyasi ekspertlərin diqqətini cəlb edir. Amerikanın Səsinə müsahibə verən güneyli siyasi fəal Yunus Şamili İranda mərkəzyönümlü siyasi cərəyanlar və Azərbaycan maraqları naminə çalışan qruplar arasında bu növ olayların və qarşıdurmaların davam edəcəyini söyləyir. Fevral ayında Salmas şəhər şurası və bələdiyyənin qərarı ilə güneyli ziyalılar arasında anti-türk xarakteri ilə məşhur olan şair Əbülqasım Firdovsinin adı və heykəli şəhərin əsas meydanlarının birindən götürüldü. Amma, az sonra heykəlin götürülməsində pan-türkistlərin barmağı olduğunu irəli sürən İranın müxtəlif siyasi qruplarının etirazı və Daxili İşlər Nazirliyinin müdaxiləsi ilə heykəlin eyni meydana qaytarılacağı bildirildi. Yunus Şamili heykəlin meydana qaytarılmasının əhalinin istəklərinə uyğun çalışan siyasətçilər üçün bir məğlubiyyət hesab etsə də qarşıdurmanın bitmədiyini və etirazların başqa formalarda davam edəcəyinə inandığını söyləyir. Siyasi şərhçi son vaxtlarda Qərbi Azərbaycan vilayətinin Urmiyə və Salmas şəhərlərində bələdiyyə şuralarının əhalinin arzuları əsasında atdığı addımlar və Təbriz şəhər şura üzvlərinin türk dilinin öyrədilməsi üçün layihələr təşkil edəcəyinə dair verdiyi sözlər haqda öz düşüncələrini Amerikanın Səsi ilə paylaşıb. “Keçən illərdə İranda yaşayan və haqsızlığa məruz qalan qeyri-fars millətlərin tələbləri istiqamətində başlanan kütləvi hərəkatların genişlənməsi dövlət içində olan qruplar arasında da bir diskurisya yaradıb,” deyə İsveçdə yaşayan güneyli fəal qeyd edir. Onun dediklərinə görə, Azərbaycanda milli tələblərin genişlənməsi dövlət məsullarının rəftarına təsir göstərir: “Azərbaycan vilayətlərində türk xalqı arasında mili tələblərin genişləndiyini müşahidə edən dövlət məsulları bu tələblərə cavab verməyə çalışırlar. Əlbəttə biz burada çox xoşgörüşlü olmamalıyıq. Çünki, onların gerçəkdən də bizim xalqın istəklərini verməyə hazır olduqlarını deyə bilmərik.” Şamili eyni zamanda əhalinin istəklərinə əhəmiyyət verən bəzi siyasətçilərin şəhər şurası seçkilərini qazana bilməsini mümkün hesab edir. Onun dediklərinə görə, “xüsusilə şəhər şuraları seçkiləri üzərində məclis seçkiləri qədər nəzarət olmadığına görə bəzən parlament səviyyəsində seçilməsi mümkün olmayan şəxslər şəhər şurasında yer tuta bilirlər... Bunların arasında türk xalqının istəklərinə diqqət göstərənlər seçilsə, bunun müsbət təsirləri olar.” Yunus Şamili bütün bu proseslərdə təsir buraxmaq və Azərbaycan üçün yararlı ola biləcək namizədlərin seçilməsi istiqamətində fəaliyyət göstərməyin lazim və önəmli olduğunu önə çəkir. Müsahibəni, qaynağımız olan aşağıdakı linkdən dinləyə bilərsiniz: TIKLAYIN Geri dön |