Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > “The Washington Times”: İran Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsini birmənalı dəstəkləyir
“The Washington Times”: İran Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsini birmənalı dəstəkləyir |
“Tehran ehtiyat edir ki, Bakı İranın şimal-qərbindəki etnik azərbaycanlılar amilindən istifadə edərək onların dəstəyi ilə bu bölgəni qopara bilər”
“İran Ermənistanın Azərbaycana məxsus Dağlıq Qarabağ ərazisini zəbt etməsini birmənalı dəstəkləyir və bunun müqabilində Ermənistan mütəmadi qaydada BMT-də İran əleyhinə sanksiyalara qarşı səs verir”. APA-nın məlumatına görə, bu fikirlər “The Washington Times” qəzetində tanınmış Amerikalı təhlilçi Stiven Blankın dərc olunmuş məqaləsində yer alıb. Amerika-İran ziddiyyətləri fonunda Azərbaycanın mövqeyinə toxunan Blank qeyd edir ki, Bakının Tehrana münasibətdə şübhələrinin öz kökləri var: “2001-ci ildə İran Azərbaycanın Xəzər dənizindəki neft hasilatı platformasını hədəfə almışdı. Dənizin hüquqi statusunun çözümünü əngəlləməkdən savayı, İran Azərbaycanı ABŞ hərbi bazalarına ev sahibliyi edəcəyi təqdirdə və İsraillə yaxın əlaqələrinə görə müdaxilə və ya açıqlanmayan digər hərbi cəza ilə təhdid edir”. “Washington Times” belə qənaətə gəlib ki, bəzi dini qrupların Azərbaycan rəhbərliyi əleyhinə çıxışlarının arxasında məhz İran dayanır: “Elə bu yaxınlarda hökumətin “anti-dini” siyasətinə etiraz edən dindar şiələrin hökumət əleyhinə başladığı kampaniyanın arxasında İranın təhriklərinin durduğu aydınlaşıb”. Stiven Blank belə rəydədir ki, İranın Azərbaycan əleyhinə təhdid və hədələri gün kimi aydın və mübahisə doğurmayan məsələdir. “İranın qüdrəti və təhdidləri ən çox Azərbaycana qarşı istifadə olunur və yalnız ona görə yox ki, Tehran Bakını Amerikapərəst və ya İsrailpərəst olmaqda şübhəli bilir. Həm də ona görə ki, Tehran ehtiyat edir ki, Bakı İranın şimal-qərbindəki etnik azərbaycanlılar amilindən istifadə edərək onların dəstəyi ilə bu bölgəni qopara bilər. Bu əsassız ehtiyat deyil, belə ki, Sovetlər hələ 1920-1921 və 1945-1946-cı illərdə bunu etməyə təşəbbüs göstəriblər. İranın əsl qorxusu Azərbaycanın Amerika və İsrailə verdiyi dəstək və Amerikanın İrana qarşı əməliyyatında bir platforma rolu oynaya biləcəyi ilə bağlıdır”. Geri dön |