Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > XİN: Azərbaycanlı girovlara qarşı qondarma “apelyasiya məhkəməsi”nin qərarının hüquqi qüvvəsi yoxdur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > XİN: Azərbaycanlı girovlara qarşı qondarma “apelyasiya məhkəməsi”nin qərarının hüquqi qüvvəsi yoxdur

XİN: Azərbaycanlı girovlara qarşı qondarma “apelyasiya məhkəməsi”nin qərarının hüquqi qüvvəsi yoxdur


Qondarma “Dağlıq Qarabağ respublikası”nın “apelyasiya məhkəməsi”nin heç bir hüquqi statusu yoxdur və buna görə də onun verdiyi istənilən qərarın heç bir hüquqi qüvvəsi olmayacaq. Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “This week in focus” verilişində deyib.

Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışan H.Hacıyev qeyd edib ki, onlar erməni silahlı qüvvələri tərəfindən girov götürülüb: “Bu hərəkətlər Cenevrə konvensiyasının və beynəlxalq humanitar hüququn birbaşa pozulmasıdır. Bununla da Ermənistan bu hərəkətə görə birbaşa məsuliyyət daşıyır. Ermənistana qarşı tələbimiz ondan ibarətdir ki, o, beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyası çərçivəsində girovlarımızın azad edilməsi üzrə öhdəliklərini yerinə yetirsin”.

O bildirib ki, Azərbaycan ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin yüksək vəzifəli nümayəndələri tərəfindən Ermənistan qarşısında qaldırılan bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətlə koordinasiyanı və əməkdaşlığı davam etdirir: “Lakin təəssüf ki, Ermənistan tərəfindən beynəlxalq ictimaiyyətin tələblərinə və beynəlxalq humanitar hüquqlara tam etinasızlıq görürük”.

Geri dön