Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Fars dilli ölkələrə Novruz təbriki ünvanlayan Rəfsəncani İrandakı qeyri-fars millətləri unutdu!
Fars dilli ölkələrə Novruz təbriki ünvanlayan Rəfsəncani İrandakı qeyri-fars millətləri unutdu! |
İranın yürksək rütbəli rəhbər şəxsləri istənilən rəsmi və qeyri rəsmi açıqlamalarında, İranda qeyri-fars millətlərin mövcudluğunu sual altına alır.
Baxmayaraq ki, İranın yarıdan çoxu qeyr-fars millətlərindən ibarətdir və bu ölkədə 30 milyondan çox Azərbaycan türkü yaşayır, İran rəhbərliyi hələ də inkarçı siyasətini davam etdirir. Bu mövqe Haşimi Rəfsəncanin Novruz Bayramı təbrikində də özünü göstərir. H.Rəfsəncaninin Novruz Bayramı təbrikinin bir hissəsində deyilir: “Dünyanın hər yerində bu mədəniyyəti ağırlayan hərkəs, xüsusi ilə şirin fars dilində danışan ölkələrin əhalisi və İranın əziz əhalisinə bu Bayramı təbrik edir və ümid edirəm ki, yeni il həyatın bütün sahələrində uğur, müvəffəqiyyət, birlik və ictimai-fərdi xoşbəxtlik gətirsin... .” Geri dön |