Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran rəhbərliyi arasında siyasi çaxnaşma yoxsa...!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran rəhbərliyi arasında siyasi çaxnaşma yoxsa...!

İran rəhbərliyi arasında siyasi çaxnaşma yoxsa...!


Son vaxtlar İran prezidentinin Qövmlər və dini azlıqların işləri üzrə yardımçısı Əli Yunisi mətbuatın gündəmindən düşmür. Bu həm prezident yardımçısının milli azlıqların hüquqlarına qarşı açıqlamaları, həmd qonşu ölkələr, xüsusi ilə də İraqın müstəqilliyinə qarşı səsləndirdiyi fikirlər və həm də özbaşına və radikal məmurların bəzi orqanlarda yer alması ilə bağlı iddiası ilə əlaqədardır.
Bu barədə “Ensaf news” məlumat yayaraq Əli Yunisiyə qarşı təzyiqlərin artması barədə məlumat əldə etdiyini bildirib. Sayt Əli Yunisinin özbaşına məmurların bəzi orqanlarda yerləşməsi və onların sistem üçün təhlükə olması barədə irəli sürdüyuü iddialarla əlaqədar olan və İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) üzvü sərdar Abnuşun mətbuatda çıxdığı fikirlərini yenidən yayıb.

Əli Yunisidən də daha radikal və müdaxiləçi dildə danışan sərdar Abnuşun sözləri 2015-ci il fevralın 17-də (1393-cü il bəhmənin 28-də) “Fars” xəbər agentliyində dərc olunub:

“Sərdar Salar Abnuş Xatəmul-Ənbiya Qərargahının müavini SEPAHın yaranma fəlsəfəsini islam inqilabını qorumaqdan ibarət olduğunu bildirib: SEPAH yaranan zaman əsasnaməni İmam Xomeyniyə gətirdiyimiz zaman, imam çox sadə şəkildə “İran”ın üstünə xət çəkdi. Bazirqan isə narahatlıqla demişdir ki, Nə üçün?! Məgər İran üçün deyil?! Ama indi görürük ki, Yəmən, Səudiyyə Ərəbistanı, Suriya, Əfqanıstan, Pakistan, Bəhreyn, Fələstin, Livan (Lübnan) və İraq SEPAHı rəsmi olaraq təşkil olunub və onların bizimlə ortaq nöqtəsi var. Onların hamısı deyir ki, bizim komandanımız (fərmandeh) Seyid Əli Xamneyidir. Ayətullah Xamneyini görməyən bir cavan onun rəhbərliyini qəbul edir. Bunu isə düşmən artıq anlayıb. Biz 36 ildir ki, sanksiyalara (təhrimlər) məruz qalmışıq, lakin təbliğ cəbhəmiz işləyir.”

Həmin mətb “Fars” xəbər agentliyindən başqa Novruz özəl sayı dərgisində də dərc olunub.

Məlumatı yayan “Ensaf news” saytı sonda nəticə alıb ki, Yunisinin yuxarıda qeyd etdiyimiz iddiası ilə Abnuşun fikirləri bir-birinə zidd deyil, buna görə də Yunisiyə qarşı yazan mətbuatın mövqeyindən siyasət iyisi gəlir. Sayt hər iki fikirin eyni istiqamətdə olduğunu vurğulayıb.

GünAz TV

Geri dön