Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Bir qrup əhvazlı ərəb fəalı azərbaycanlı fəallara məktubla müraciət edib
Bir qrup əhvazlı ərəb fəalı azərbaycanlı fəallara məktubla müraciət edib |
Əhvazlı ərəblərdən ibarət bir qrup siyasi-mədəni fəal, öyrənci, müəllim və yazıçı məktub vasitəsi ilə azərbaycanlı mill-mədəni fəallara müraciət edib.
Müraciətdə son günlərdə Bələdiyyə İdarəsi və polis qüvvələrinin onun kiçik ticarətlə məşğul olduğu butkanı (dəkkə) qaldırdıqlarına etiraz olaraq özünü yandırıb və dünyasını dəyişən Yunis Əsakərənin acı talehinə işarə olunub. Həmçinin İranda qeyri-fars millətlərinin məruz qaldığı ayrı-seçkilik siyasəti o cümlədən ana dilində təhsilə qadağa, yerli sərvətlərin fars şovinizmi tərəfindən talanması, milli fəalların amansızca cəzalandırılması və s. kimi zülmlər xatırladılıb. Ərəb fəalları məktub vasitəsi ilə azərbaycanlı fəallardan zülm altında olan qeyri-fars millətlərin hüquqlarının təmini uğrunda apardıqları mübarizəyə görə təşəkkür edib və daha çox əməkdaşlıq etməyi təmənni ediblər. Məktubda fars irqçiliyinə qarşı ərəb xalqının məzlum səsini dünyaya çatdırmaq və bu istiqamətdə Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin töhvə verməsi istənilib. Məktuba “Yaşasın Azərbaycan” və “Yaşasın Əhvazın ərəb milləti” sözləri ilə son qoyulub. Qeyd edək ki, iki uşaq atası olan Y.Əsakərənin gəlir mənbəyi bir kiçik butkadan (dəkkə) ibarət olub. O meyvə satmaqla güzəranını təmin edib və kirayə evdə yaşayıb. Bir gün iş yerinə gələrkən butkanın Bələdiyyə məmurları və Polis qüvvələri tərəfindən qaldırıldığını görüb. İşsiz qalan butka sahibi bu vəziyyətə etiraz olaraq martın 14-də (1393-cü il isfəndin 23-də) özünü Bələdiyyə İdarəsinin qarşısında yandırıb. Tehran xəstəxanasına aparılan Əsakərənin həyatını təəssüf ki, xilas etmək mümkün olmayıb. Martın 23-də (fevralın 3-də) dəfn edilən Y.Əsakərə bazar günü dünyasını dəyişib. Mərhumun dəfn mərasimi zamanı minlərlə ərəb vətəndaş xiyabanlara çıxıb və “azadlıq, azadlıq”, “biz hamımız Yunisik” və s. kimi şüarlar səsləndiriblər. Etiraz aksiyası mərhumun dəfnindən sonra da davam edib və şəhərin mərkəzi küçələri və Xurrəmşəhrin bazarına qədər çatıb. Etirazçılar ərəb və fars dillərində yazılmış plakatlar da qaldırıblar. Geri dön |