Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranlı deputat: -Dini liderin nəzəri belədir-deyə heç kəs danışmamalıdır?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranlı deputat: -Dini liderin nəzəri belədir-deyə heç kəs danışmamalıdır?

İranlı deputat: -Dini liderin nəzəri belədir-deyə heç kəs danışmamalıdır?


İran parlamentinin deputatı Əli Mütəhhəri jurnalistlərə açıqlamasında Əli Xamneyiyə müxalif olanlara öz sözünü sərbəst şəkildə deməyə imkan verilməsini tələb edib.

Deputat deyib ki, 2009-cu ildə İranda keçirilən prezident seçkisindən bu yana ölkədə siyasi atmosfer daha da ağırlaşıb: “Hesab edirəm ki, əgər kimsə, ölkənin dini liderinin hansısa məsələ barədəki nəzərinə müxalif fikir səsləndirmək istəyirsə, ona imkan verilməlidir ki, öz sözünü deyə bilsin. Mən, “dini liderin nəzəri belədir-deyə heç kəs danışmamalıdır” fikri ilə razılaşmıram. Belə bir düşüncə tərzi düzgün deyil. Həzrət Əli zamanında da müxaliflər açıq şəkildə öz sözünü deyə bilirdi. Yəni, o həzrət hansısa mövzu haqda danışanda bəziləri durub ona etirazını bildirir, öz fikirlərini bəyan edə bilirdilər. Elə buna görə də hesab edirəm ki, ölkə rəsmilərinin, o sıradan da dini liderin tənqid olunmasına adi hal kimi baxılmalıdır. Çünki məhz belə olduqda həm hakim sistemin, həm də ölkənin dini liderinin imici artar, yüksələr”.

Əli Mütəhhəri ölkə mətbuatının fəaliyyətinə qoyulan məhdudiyyətlərdən gileylənib: “İndiki vəziyyətlə müqayisədə, keçmiş prezidentlər Məhəmməd Xatəmi və Mahmud Əhmədinejad dövründə söz və ifadə azadlığa ilə bağlı durum indikindən qat-qat yaxşı idi. Hətta Əhmədinejad da edilən tənqidləri eşidir, buna dözürdü. Lakin hazırkı şəraitdə media orqanları bir çox mövzularda yazmaqdan və ya bəzi məsələləri işıqlandırmaqdan qorxurlar. Onlar, belə bir addımın ardınca fəaliyyətlərinə qadağa qoyula biləcəyindən çəkinir, bir növ özünü senzuraya yol verirlər.

Əli Mütəhhəri ölkədə ruhanilərinin fəaliyyəti ilə bağlı duruma da toxub: “Ruhanilər öz müstəqilliyini qoruyub saxlamalı, hökumətdən asılı olmamalıdır. Şiə ruhanilər tarix boyu müstəqil olublar. Güman edirəm ki, onlar bundan sonra da belə olmalı, hökumətə bağlı olmamalıdırlar”.

Qeyd edək ki, Əli Mürtəhhəri öz bəyanatlarında 5 ilə yaxındır ev dustaqlığında saxlanan İrandakı “yaşıl hərəkat” liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb etdiyinə, eləcə də digər tənqidi fikirlər səsləndirdiyinə görə bundan əvvəl dəfələrlə təhdid edilərək təzyiqlərə məruz qalıb.

Geri dön