Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı insan haqları müdafiəçiləri BMT-nin insan haqları şurasının 28-ci iclasında çıxış edib
Güney azərbaycanlı insan haqları müdafiəçiləri BMT-nin insan haqları şurasının 28-ci iclasında çıxış edib |
Bu il də keçən illər kimi Güney Azərbaycanın hüquqi və mədəni durumu və siyasi məhbusların vəziyyəti BMT (Birləşmiş Millətlər Təşkilatı) tribunasında dilə gətirildi. İsveçrənin (Suis) Cenevrə şəhərində keçirilən BMT-nin İnsan Haqları Şurasının 28-ci iclası martın 2-dən 27-dək (1393-cü ilin isfənd ayının 11-dən 1394-cü ilin fərvərdin ayının 7-dək) davam edəcək.
“Ərk Kültür” Azərbaycan İnsan Haqları Cəmiyyətinin məsulu xanım Jalə Təbrizi Avstriyanın (Otriş) Qeyri-Hökumət Təşkilatı tərəfindən bu iclasa qatılıb. O, həmin iclasa təsirli fəaliyyətləri ilə seçilən, tanınmış milli fəal doktor Şapur Ənsarini (Amerikanın Miçiqan ştatında ürək cərrahisi üzrə mütəxəssisdir) Azərbaycanın dil və mədəniyyəti ilə bağlı problemlər barəsində çıxış etməyə dəvət edib. Xanım Təbrizi və doktor Ənsaridən başqa Güney Azərbaycandan daha bir neçə nəfər bu iclaslara qatılıb: Doktor Həmdullah SüleymaniFərd və Əli Məhəmmədi Almaniyadan, Sara Ənsari İngiltərədən, Anna Ənsari Amerika Birləşmiş Ştatlarından, Mişel Ənsari İsveçdən (Sued), Cəmşid Burnak Fransadan və Mənsur Seyfi İsveçrədən. Martın 17-də (1393-cü il isfəndin 26-da) panellərin birində mükafat (cayizə) qazanmış 4 iranlı insan haqları fəalının adı açıqlandıqdan sonra BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid, edamlar və bütün sahələrdə insan haqları vəziyyətinin daha da pisləşdiyi barədə raport (quzariş) verib. Suallar üçün ayrılan vaxtda isə doktor SüleymaniFərd İranda azərbaycanlıların milli, mədəni və dil haqlarının pozulması məsələsini dilə gətirib və Ə.Şəhiddən dövlət tərəfindən qeyri-fars millətlərə qarşı tətbiq edilən ayri-seçkilik və təzyiq siyasətinə daha çox diqqət yetirməyi xahiş edib. Bildirilib ki, 2006-cı ildən bəri ana dili və milli hüquqlarını mədəni yollarla tələb edən 950 azərbaycanlı fəal, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) tərəfindən həbs edilib və işgəncələrə məruz qalıb, hələ də bir çox fəal həbsxanalardadır. Martın 18-də (1393-cü il isfəndin 27-də) panellərin birində İranda yaşayan etnik azlıqların BMT tribunasından çıxış etmək imkanı olub və xanım Jalə Təbrizi iclasa sədrlik edib. Çıxış edən şəxslər bunlardan ibarət olub: - Doktor Şapur Ənsari (İranda azərbaycanlıların ana dilinin durumu) - Nima Puryəqub (İran Bəluçistanında təhsilin durumu) - Yusif Kor (Türkmənsəhrada ictimai-siyasi vəziyyət) - Feyzəl Marmazi (Əhvazda ətraf-mühitin durumu) - Əmcəd HüseyniPənah (İran Kürdistanında insan haqlarının pozulması) - Ruhullah Muradi (İranda Qaşqayların durumu) Geri dön |