Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > UNESCO-da Novruz bayramı qeyd olunub
UNESCO-da Novruz bayramı qeyd olunub |
UNESCO-da Novruz bayramına və qurumun 70 illiyinə həsr olunan tədbir keçirilib. AzərTac-ın verdiyi məlumata görə, tədbir Azərbaycan, Türkiyə və Qazaxıstanın UNESCO yanındakı daimi nümayəndəliklərinin təşkilatçılığı baş tutub.
Tədbirdə çıxış edən UNESCO Dünya İrs Mərkəzinin direktoru Kişore Rao bildirib ki, millətlərarası birgə anlaşmanı, tolerantlıq və dialoq kimi dəyərləri təşviq edən Novruz bayramı xalqları sülhə, əmin-amanlığa, birliyə və dostluğa çağırış kimi humanitar ideyalarını özündə təzahür etdirən mühüm hadisədir. O, dünyada 300 milyon insan tərəfindən bayram edildiyini xatırladan direktor 2010-cu ildə BMT Baş Məclisinin qərarı əsasında Novruzun UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini və hər il martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. K. Rao Novruz bayramının xalqların zəngin milli dəyərlərini, tarixi adət-ənənələrini özündə qoruyub saxladığını, onun Azərbaycan, İran, Türkiyə, Özbəksitan, Əfqanıstan, Pakistan, Hindistan, Qazaxıstan, Qırğızıstan və bir çox digər ölkələrdə yüksək səviyyədə qeyd edildiyini, bu bayramın digərlərindən təbiətin oyanışından, yazın gəlişindən xəbər verdiyinə, bol məhsulun əsasının qoyulduğuna görə fərqləndiyini xüsusi vurğulayıb. TÜRKSOY-un baş katibi Düsen Kaseinov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək bildirib ki, dünyanın türkdilli xalqlarını öz ətrafında birləşdirən təşkilatın əsas məqsədi həmin xalqların mədəni dəyərlərinin təbliğidir. Baş katib türkdilli xalqların həyatında və mədəniyyətində Novruz bayramının xüsusi yeri olduğunu vurğulayıb, Novruz bayramını türkdilli millətləri birləşdirən önəmli dəyər kimi qiymətləndirib. Sonra türkdilli xalqların incəsənət ustalarının iştirakı ilə konsert verilib. Konsertdə türkdilli xalqların 100-dən artıq incəsənət ustası xalq mahnıları və milli rəqslər ifa ediblər. Azərbaycanı təmsil edən aşıq Əli Quliyevin və “Cəngi“ folklor rəqs ansamblının çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Geri dön |