Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Somali paytaxtında terrorçular otelə basqın ediblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Somali paytaxtında terrorçular otelə basqın ediblər

Somali paytaxtında terrorçular otelə basqın ediblər


“Əş-Şabab” terrorçu qruplaşmasının üzvləri Somali paytaxtı Moqadişoda yerləşən otelə basqın ediblər.

“Röyters”in verdiyi məlumata görə, bu barədə yerli polisin yaydığı xəbərdə deyilir.

Bildirilir ki, həmin oteldə Somali hökumətinin nümayəndələri var.

Terrorçular hazırda otelin daxilində və binanın damındadırlar. Onların hansısa tələb irəli sürüb-sürmədiyi barədə məlumat verilmir. Otelin yerləşdiyi ərazidə partlayış səsləri eşidilib.

Qeyd edək ki, “Əş-Şabab” radikal islamçıların yer aldığı qruplaşmadır. Qruplaşmanın “Əl-Qaidə” beynəlxalq terrorçu təşkilatı ilə sıx əlaqələri var. “Əş-Şabab” yerli hökumətə qarşı silahlı mübarizə aparır və BMT-nin humanitar fəaliyyətinə mane olur.

Geri dön