Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc QULİYEV: -Qarabağ erməniləri ilə bağlı ayrıca qanunun qəbuluna ehtiyac yoxdur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc QULİYEV: -Qarabağ erməniləri ilə bağlı ayrıca qanunun qəbuluna ehtiyac yoxdur

Fərəc QULİYEV: -Qarabağ erməniləri ilə bağlı ayrıca qanunun qəbuluna ehtiyac yoxdur


Son günlər Qarabağ erməniləri ilə bağlı “Peşmanlıq qanunu”nun qəbul edilməsi, dövlətin Azərbaycan vətəndaşları olaraq Qarabağdakı ermənilərə sahib çıxmasının vacibliyi ilə bağlı fikirlər səslənməkdədir. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev məsələnin bu şəkildə qoyulmasını düzgün hesab etmədiyini vurğulayıb:

“Bəzi mətbuat orqanlarında Qarabağda yaşayan ermənilər, onların sonrakı davranışı ilə bağlı ayrıca qanunun qəbul edilməsi ilə bağlı çağırışlar səslənməkdədir. Bu, doğru yanaşma deyil. Azərbaycan əraziləri, Qarabağ ətrafındakı rayonlar və eləcə də Qarabağ işğal olunub. Qarabağdakı erməni əsilli azərbaycanlılar da girov vəziyyətindədir. Biz Azərbaycan konstitusiyasında nəzərdə tutulan bütün hüquqların hər kəsə, o cümlədən Qarabağdakı erməni əsilli azərbaycanlılara da şamil edilməsini dövlət olaraq həmişə dəstəkləmişik. Ilkin danışıqlar başlayanda da qeyd edilmişdi ki, Qarabağın statusu və digər məsələlərin həlli o zaman mümkündür ki, erməni ordusu işğal etdiyi torpaqları tərk etsin. Yalnız bundan sonra Azərbaycanın harasında yaşamasından asılı olmayaraq, erməni əsilli azərbaycanlıların da digər azərbaycanlılar kimi konstitusiya hüquqları təmin edilsin. Azərbaycan tərəfi bu məsələdə heç bir ayrı-seçkilik qoymur və bundan öncə də qoymayıb. Bu gün Bakıda 20 mindən çox erməni əsilli azərbaycanlı yaşayır. Onlara qarşı heç vaxt etnik bir siyasət yürüdülməyib. Bəzi mətbu orqanlarda bəzi siyasilər xal qazanmaq üçün məsələni bu şəkildə qoyur ki, bu da xarici instansiyalarda belə bir fikrin yaranmasına səbəb ola bilər ki, guya indiyə qədər erməni əsilli azərbaycanlılara fərqli münasibət olub. Bu baxımdan mən xüsusi bir qanunun hazırlanmasına lüzum görmürəm. Biz bir daha əvvəlki fikirlərimizin üstündə dayanmalıyıq. Hesab edirik ki, Qarabağdakı erməni əsilli azərbaycanlılar da girov vəziyyətindədirlər. Onlar azad edilməlidirlər. Torpaqlarımız işğaldan azad ediləndən sonra onlar da digər vətəndaşlarımız kimi konstitusiyanın verdiyi hüquqlardan istifadə edəcəklər. Yanaşma bu cür olmalıdır”.

Seymur Əliyev

Geri dön