Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Bakı-Tbilisi-Ceyhan üzrə neft nəqli artıb
Bakı-Tbilisi-Ceyhan üzrə neft nəqli artıb |
2015-ci ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 5,9 milyon ton neft nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6% çoxdur.
Bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin 2 ayının yekunu üzrə hesabatında deyilir. Hesabatda qeyd edilir ki, yanvar-fevral aylarında ölkənin magistral neft kəmərləri üzrə nəql edilmiş bütün neftin 77,6%-i BTC-nin payına düşüb. Hesabat dövründə ümumilikdə ölkənin magistral neft kəmərləri üzrə 7,6 milyon ton neft nəql edilib ki, bu da 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 6,1% çoxdur. Yanvar-fevral aylarında Cənubi Qafqaz qaz kəməri üzrə (Bakı-Tbilisi-Ərzurum) 1,2 milyard kubmetr qaz tədarük edilib ki, bu da 2014-cü ilin müvafiq dövrünün göstəricisinə bərabərdir. Yanvar-fevral aylarında ölkənin magistral qaz kəmərləri ilə 4,3 milyard kubmetr qaz nəql olunub. Bu, ötən ilin analoji dövründəki göstəricinin səviyyəsinə uyğundur. Geri dön |