Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran rəsmisi: -Ərdoğanın İrana səfər proqramında hər hansı dəyişiklik edilməyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran rəsmisi: -Ərdoğanın İrana səfər proqramında hər hansı dəyişiklik edilməyib

İran rəsmisi: -Ərdoğanın İrana səfər proqramında hər hansı dəyişiklik edilməyib


İranın xarici işlər nazirinin parlament işləri üzrə müavini Həsən Qəşqavi martın 29-da jurnalistlıərlə görüşündə Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın İranla bağlı son bəyanatına toxunaraq, onun yaxın vaxtlarda Tehrana nəzərdə tutulan səfərindən danışıb.
Həsən Qəşqavi deyib ki, ölkə rəsmləri Türkiyə prezidentinə münasib cavabı veriblər: “Mənim fikrimcə, xarici işlər nazirimiz Ərdoğanın İranla bağlı son bəyanatına layiqli cavabı verib. Hesab edirik ki, bölgədə gedən prosesləri nəzərə alaraq, bir-birimizə qarşı ittihamlar yağdırmaq əvəzinə, bütün ölkələr məntəqədə baş verən dəyişikliləri və ondakı reallıqları dərk etməyə çalışmalı, mövcud problemlərin danışıqlar yolu ilə həllinə səy göstərməlidir. Məndə olan məlumata görə, Türkiyə prezidenti Ərdoğanın İrana səfər proqramında indiyə qədər hər hansı dəyişiklik edilməyib”.

Martın 26-da jurnalistlərlə görüşən Ərdoğan Yəməndə baş verən olaylardan danışaraq, İranın Orta Şərqdə, o sıradan da bölgənin ərəb ölkələrindəki rolundan danışıb: “Bu gün İran, bölgədə hegemonluğu ələ keçirməyə çalışır. Buna dözmək olar mı? Bu məsələ, Türkiyəni, Səudiyyə Ərəbistanını və İran körfəzindəki ərəb ölkələrini təngə gətirib. Buna həqiqətən dözmək mümkün deyil və İran bunu bilməlidir. Hesab edirik ki, İran mövqeyini dəyişməli, Yəmən, Suriya və İraqın daxili işlərinə qarışmağı dayandırmalı, bu ölkələrdəki qüvvələrini geri çağırmalı, digər ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”.

Ərdoğanın həmin çıxışı İranın bir sıra rəsmilərinin etirazı ilə qarşılanıb. Martın 27-də İranın xarici işlər naziri Məhəmmədcavad Zərif və ölkə parlamentinin deputatı Əhməd Təvəkküli ayrı-ayrılıqda jurnalistlərə açıqlamalarında məsələyə öz münasibətlərini bildiriblər. Deputat Əhməd Təvəkküli deyib ki, İran Xarici İşlər Nazirliyi Ərdoğanın son bəyanatına etiraz olaraq daha qətiyyətli mövqe sərgiləməli, onun İrana səfərini naməlum vaxta qədər təxirə salmalıdır.

Geri dön