Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Özbəkistanda keçirilən prezident seçkiləri başa çatıb
Özbəkistanda keçirilən prezident seçkiləri başa çatıb |
Özbəkistanda keçirilən növbəti prezident seçkiləri başa çatıb. Bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası açıqlama verib.
Martın 29-da keçirilən seçkilərdə Özbəkistandakı bütün siyasi partiyaları təmsil edən dörd namizəd iştirak edib. Onlar Sahibkarlar və İşgüzar Adamlar Hərəkatı - Liberal-Demokratik Partiyasından hazırkı dövlət başçısı İslam Kərimov, “Milli Dirçəliş” Demokratik Partiyasından Akmal Saidov, Özbəkistan Xalq-Demokratik Partiyasından Xotamjon Ketmanov və “Ədalət” Sosial- Demokrat Partiyasından Narimon Umarovdur. Seçkilərin yekunları ilə bağlı Daşkənddə keçirilən brifinqdə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov məlumat verib ki, seçki prosesində ölkə üzrə 14 dairə və 9 mindən artıq seçki məntəqəsi, xarici ölkələrdə isə 44 məntəqə fəaliyyət göstərib. Seçki prosesini 43 ölkədən və 5 beynəlxalq təşkilatdan 300-dən çox müşahidəçi izləyib. Komissiya sədri bildirib ki, seçki siyahılarında səsvermə hüququ olan 20 milyon 798 min 52 seçicinin adı var: "Onların 18 milyon 928 min nəfəri səs verib. Bu da seçicilərin 91 %-i təşkil edir. Bu, o deməkdir ki, seçkilər baş tutub". Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Səmərqənd şəhərində səsvermə prosesinin gedişini izləyiblər. Azərbaycandan olan digər nümayəndə heyəti isə Müstəqil Dövlətlər Birliyi müşahidəçilər missiyasının tərkibində seçki prosesini izləyiblər. Geri dön |