Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Zəlimxan Yaqub- YAŞAYIR şeiriilə əsl şair obrazı yaratmışdır.
Zəlimxan Yaqub- YAŞAYIR şeiriilə əsl şair obrazı yaratmışdır. |
Şeriyyət aləminə baş vurduqda müəyyən şairlərin bədii yaradıcılığında bir-birindən fərqli olaraq təkrarolunmaz idrak mərhələsinə qalxma məqamlarını görürük.
Türkün bədii-fəlsəfi təfəkkür nümayəndələri: Filosof şair Şah İsmayıl Xətai “mərd” obrazını yaradarkən: “Keçmə namərd körpüsündən, qoy aparsın sel səni!” demişdir. Dahi Füzuli ideal “aşiq” obrazını yaradarkən: “Ya Rəb, bəlayi-eşq ilə qıl aşina məni! Bir dəm bəlayi-eşqdən etmə cüda məni!” demişdir. Mütəfəkkir şair H. Cavid “dahi” obrazını yaradarkən: “Kəssə hər kim qan izini, qurtaran dahi odur yer üzünü!” demişdir. Ülvi məhəbbət şairi M. Müşviq “şeir” obrazını yaradarkən: “Çiçəksiz, çəmənsiz bağçaya bənzər ədasız, xülyasız, mənasız şeir” demişdir. Göyçə dilli el şairi Aqil İman “kişi-ər” obrazını yaradarkən: “Qeyrəti olana kişi deyirlər, dəyyusa, alçağa kişi demirlər...” misralarını demişdir. Göyçə mənəvi ensiklopediyasını yaradan Eldar İsmayıl “Ulu Göyçə” obrazını yaratmışdır. Ozan dilli, el şairi Zəlimxan Yaqub ideal “şair” obrazını yaradarkən: “Yanaq yaşda, kirpik nəmdə yaşayır... Görün şair nə aləmdə yaşayır” demişdir... Zəlimxan Yaqub bu “Yaşayır” şeirində bütövlükdə şairliyin ideal obrazını yaratmışdır. Söz yox ki, şair özü bu mənəvi-psixoloji halları keçirmiş və həmin hissilərini misralara çevirib kağız üzərinə köçürmüşdür. Bu şeiri mən gənclik zamanlarımda (1980-ci illərimdə) oxumuşdum. O vaxtdan yuxarıdakı adlarını sadaladığım və adlarını çəkmədiyin şairlərin yaradıcılığı ilə tanış olarkən axtarırdım ki, Zəlimxan Yaqubdan başqa əsl “şair” obrazını qələmə alan digər şairlər də varmı. Lakin müxtəlif obrazlara rast gəlsəm də, şair obrazını Zəlimxan Yaqub kimi mükəmməl tərənnüm edən şairə rast gəlmədim... YAŞAYIR Könül gündə bir havanın vurğunu, Həmi zildə, həmi bəmdə yaşayır. Aydınlığa, qaranlığa baş vurur, Gah fərəhlə, gah da qəmdə yaşayır. Düşür oda, dönür közə ilhamım, İşıq verir qəlbə, gözə ilhamım. Nə zaman ki, baxmır sözə ilhamım, Yanaq yaşda, kirpik nəmdə yaşayır, Söz qəlbimdə cərgələnir, səf çəkir, Bir arıdı, öz balını saf çəkir. “Dərdi alır, qəmi satır, kef” çəkir, Görün şair nə aləmdə yaşayır. Zəlimxan Yaqubun aşağıdakı şerinə də nəzər yetirdikdə bədii aforalar, hikmətli və didaktik misralar görürük. Bu şeir aşağı sinif şagirdlərinin dərslik proqramına salınmalı ən nümunəvi şeirlərdən biridir. Həyat anlayışlarına yönəldilən yeniyetmələr üçün, eyni zamanda onların estetik tərbiyələri üçün bu misraların əvəzsiz təsirləri vardır. Maddi və mənəviyyat vəhdətilə nemətindən bəhrələnib boya-başa çatdığın doğma məkanın sənin üçün hansı imkanları yaratdığını dərk etməkdə bu deyimlər bir mayaq kimi istiqamət verir. Şeiri oxuyan hər kəsin gözü önünə başı qarlı böyük və kiçik Qfqaz dağlarının əzəməti, dərələr arası çağlayan çayları gəlir, gül-çiçəkli yaylaqları, yaşıl çəmənlərdəki qaynar bulaqları, gül-çiçək həvəsinə oxuyan bülbülləri, nəğməli quşları gəlir... Ellərimizin müqəddəs yurd-yuvaları, dilbər guşələri, ocaqları, nemətlərinə güvəndiyimiz torpaqları bu şeirdə əks olunmuşdur. Bu şeirdə adlar çəkilməsə də, misralardakı fikirlər sadə (lakonik) görünsə də, lakin geniş düşündürmə təsilərinə malikdir: Şeiri oxuyarkən birbaşa Azərbaycan təbiəti göz önündə canlanır və gözəlliklər, onların doğurduğu hikmətlər insan düşüncələrində dövr edir. SUAL-CAVAB Bu çay niyə nərə çəkir? Arxasında qarlı dağ var! Bülbül niyə cəh-cəh vurur? Xidmətində güllü bağ var! Çəmən niyə naz eyləyir? Sinəsində gur bulaq var! Arı niyə bal gətirir? Öpüşdüyü gül dodaq var! Könül niyə kökdən düşmür? Tapındığı bir ocaq var! Şair niyə havalanır? Güvəndiyi bir torpaq var. Şair aşağıdakı şeirini də artıq 2001-ci ildə yazmış və gənclikdə gənclik dövrünü, indi isə qocalığın çağlarını qələmə almışdır. “Qara saçım gümüşləndi sazımın telləri kimi” misraları yeni bədii morfem, kateqoriya baxımından orijinal yanaşmadır. Şair bu ifadələrlə sazın fəlsəfi anlamlarını insanın bioloji görkəminə şamil etmiş və “saçıma dən düşdü”, “birçəyimə qar yağdı” məcazlarından, üstün ozan bədii leksik yanaşmaları etmişdir. QARA SAÇIM GÜMÜŞLƏDİ Qara saçım gümüşlədi Sazımın telləri kimi, Gələn günlər qəm gətirir Payızın yelləri kimi. Gözümdən bulaq tökülər, Gözümə torpaq tökülər. Üstümdən yarpaq tökülər Ömrümün illəri kimi. Ölümüm gəlmir eynimə, Payızı geydim əynimə. Yarpaqlar qonur çiynimə Anamın əlləri kimi. Dərd olub neyə çəkilləm, Hopub hər şeyə çəkilləm. Nur olub göyə çəkilləm Göyün qəndilləri kimi. Zəlimxan Yaqubun mənəvi sərvətlərimizin zənginləşməsində böyük xidmətləri olduğu kimi, aşıq yaradıcılığının təbliğində də hamıya məlum olduğu kimi böyük xidmətləri vardır. Bu haqda geniş danışmağa zərurət duymuram. Xalq Şairimizin yaxın vaxtlarda müalcə üçün Almaniyaya gedəcəyi sorağını aldım və qəlbimdən keçən duyğularımı ustad Aşıq Cahangirin bir gəraylısına həmrəy olaraq bilditmək istəyirəm AY ZƏLİMXAN Ağrılarin dağa-daşa, Çıx dağlara, ay Zəlimxan. Coşub-çağla, qayna-qarış Bulaqlara, ay Zəlimxan. Dağlardadı saçları çal, Hər birisi vurğun xəyal. Şeir söylə, bir hava çal Qonaqlara, ay Zəlimxan. Aşıqlara arxa, kömək İndi sənsən, düzün desək. Sözlərinlə bir şirə çək Dodaqlara, ay Zəlimxan. Dərdin dərddi Cahangirə, Üz tuturuq məscidilərə, Tapşırırıq səni Pirə, Ocaqlara, ay Zəlimxan. Niftalı GÖYÇƏLİ - Milli Dirçəliş Hərəkatı partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri. Geri dön |