Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat, Bildiriş > Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib
Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib |
Azərbaycan Respublikası Maliyyə Nazirliyi (MN) ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq MN-ə təqdim etməlidirlər. “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib və normativ hüquqi akt MN-nin internet səhifəsində yerləşdirilib. Adı çəkilən Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatları 30 gün müddətində MN-ə təqdim edilməlidir. Maliyyə hesabatlarının təqdim edilməməsinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub. Geri dön |