Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qəzvində taksi problemi yaşanır
Qəzvində taksi problemi yaşanır |
Hər gün Güney Azərbaycanın müxtəlif şəhərlərindən qanlı yol qəzaları ilə bağlı yeni xəbərlər yayılır. Bunun əsas səbəblərindən biri qeyri-standard yollar olsa da, digər səbəb nəqliyyat vasitələrinin köhnə olmasıdır.
Qəzvinin Taksıçılıq Təşkilatının rəisi şəhərdaxili işləyən taksilərin hansı şəraitdə olması və onların havanın çirkləndirilməsində təsiri barədə danışarkən bildirib ki, “ölkədə 7000 köhnə taksi var, onlardan 700-ü Qəzvin şəhərində işləyir.” Lakin Təşkilat köhnə taksilərin dəyişdirilməsinə çalışır.” Mustafa Kaşipəzha deyib ki,” taksilər daim şəhəriçində işlədiklərinə görə tez köhnəlir, ona görə də, onlar yeni avtomobillərlə əvəzlənməlidir.” O bildirib ki, bu taksilərin Səmənd markalı avtomobillərlə əvəz ediləcəyini söz verilib. Kaşipəzha sözlərinin sonunda taksilərin əvəzlənməsi ilə yaxın zamanda problemin çözülməsinə ümid etdiyini bildirib. Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif şəhərləri içməli su, yüzminlərlə yoxsul ailənin şəhər həndəvərində yoxsul şəkildə yaşaması, həddindən artıq qanlı yol qəzaları və hava çirklənməsi problemlərindən əziyyət çəkir. Şəhərdaxili və şəhərlər arası işləyən nəqliyyat vasitələrinin köhnə olması əlavə problemə səbəb olur. Geri dön |