Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Azərbaycanda aprel ayına olan hava proqnozu açıqlanıb
Azərbaycanda aprel ayına olan hava proqnozu açıqlanıb |
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimalı var. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 12-14° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 7-12° isti təşkil edəcək. Gündüzlər 12-17° isti, bəzi günlərdə 20-25° isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-33 mm) olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 12-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 7-12° isti təşkil edəcək. Gündüzlər 13-18° isti, bəzi günlərdə 22-27° isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-59 mm) olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xoçalı həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 7-10° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 2-7° isti, bəzi günlərdə 0-3° şaxta təşkil edəcək. Gündüzlər 11-16° isti, bəzi günlərdə 22°-dək yüksələcək. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 54-83 mm) olacağı gözlənilir. Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 12-15° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 7-12° isti təşkil edəcək. Gündüzlər 13-18° isti, bəzi günlərdə 21-26° isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 31-54 mm) olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 11-14° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 6-11° isti, bəzi günlərdə 0-5° şaxta təşkil edəcək. Gündüzlər 11-16° isti, bəzi günlərdə 19-24° isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-126 mm) olacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 13-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 7-12° isti təşkil edəcək. Gündüzlər 13-17° isti, bəzi günlərdə 22-27° isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-49 mm) olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 13-15° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 7-12° isti təşkil edəcək. Gündüzlər 13-18° isti, bəzi günlərdə 21-26° isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-72 mm) olacağı gözlənilir. Geri dön |