Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran rəsmiləri və ölkə mətbuatının Ərdoğana qarşı yaramaz hücumları səngimir (video)
İran rəsmiləri və ölkə mətbuatının Ərdoğana qarşı yaramaz hücumları səngimir (video) |
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan martın 26-da İranın bölgədəki siyasətini dözülməz adlandırdıqdan sonra İran mətbuatı və ölkə rəsmiləri, hətta rejimin azərbaycanlı əlaltıları Türkiyə prezidentinə qarşı kampaniya xarakterli hücuma keçib.
“Pars news” saytı İranın onillərdir beynəlxalq terrora qarşı yardım verdiyini unudaraq Türkiyə prezidenti barədə xoşagəlməz ifadələrdən istifadə edib. Sayt Rəcəb Teyyub Ərdoğanı “terrorist yaradan”, “terrorizm atası” və s. kimi ifadələrlə təqdim edib. “Əlaləm” və “Tabnak” kimi saytlarda oxşar ədəbiyyatla çıxış ediblər. Bu arada rejimə yaxın olan azərbaycanlı millət vəkillərinin Türkiyə prezidentinə qarşı sərt və hətta təhqiramiz açıqlamaları xüsusi təəssüf doğurur. Ərdəbilin İran parlamentindəki sözdə millət vəkilləri Kamaləddin Pirmüəzzin və Mənsur Həqiqətpur olduqca təhqiramiz ədəbiyyatla Türkiyə prezidentinə hücum ediblər. K.Pirmüəzzin Ərdoğan barəsində “cilovunu qırmış” sözü işlədib. Bu isə sosial şəbəkələrdə göründüyü kimi bir çox azərbaycanlının etirazına səbəb olub. Mənsur Həqiqətpur isə fars şovinizminə daha da yaxınlaşmaq məqsədi ilə biraz da irəli gedib. O bildirib ki, “Bizim fikrimizcə Ərdoğan İrana gələ bilməz, o birinci olaraq dediyi sözləri islah etməlidir. Nə zaman qələt etdiyini dilə gətirərsə və bağırmaqdan əl götürürsə, o zaman onun İrana gəlmək məsələsinə baxarıq.” Bunu da bildirək ki, M.Həqiqətpur bundan öncə özünü “fars azərisi” kimi təqdim edib. O fars şovinizmi və İran rejiminə öz yaxınlığı ilə seçilən bir şəxsdir. Çox təəssüflə Urmu gölünün qurtarılması uğrunda müəyyən qədər cəhd göstərən Urmiyənin millət vəkili Nadir Qazipur da oxşar mövqe ilə çıxış edib. O Ərdoğanı Osmanlı imperatorluğunu yenidən canlandırmaq istəyində olduğunu bildirib. N.Qazirpur daha da irəli gedərək Ərdoğanı Türkiyə-Azərbaycan Cümhuriyyəti-İsrail üçbucağının qurucusu olduğunu bildirib və bu şəkildə bir güllə ilə iki nişan vurmağa çalışıb. Azərbaycanı da ittiham altına alan N.Qazipur Türkiyəni İŞİD-i (İraq və Şam İslam Dövləti) dəstəkləməkdə günahlandırıb. Qeyd edək ki, adı çəkilən sözdə millət vəkillərinin mövqeyi Güney Azərbaycan türklərinin böyük əksəriyyətinin mövqeyi ilə üs-üstə düşmür. Bunu sosial şəbəkələrdə açıq-aşkar görmək mümkündür. Bundan öncə isə Dini lider Əli Xamneyinin “Keyhan” qəzetindəki nümayəndəsi Hüseyn Şəriətmədari, millət vəkili Əhməd Təvəkküli, Parlamentin milli təhlükəsizlik komissiyasının rəisi Əlaəddin Brucerdi, Əli Xamneyinin İslam İnqilabı Keşşikçilər Korpusundakı (SEPAH) nümayəndəsi Əli Səidi və s. kimi rəsmi şəxslər Ərdoğana qarşı oxşar açıqlama ilə çıxış ediblər. Xatırladaq ki, İran rəsmilərini narahat edən Türkiyə prezidentinin çıxışı bundan ibarətdir: Geri dön |