Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əhməd Şəhidin ezamiyyətinin daha bir il uzadılması İran rəsmilərini narahat edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Əhməd Şəhidin ezamiyyətinin daha bir il uzadılması İran rəsmilərini narahat edib

Əhməd Şəhidin ezamiyyətinin daha bir il uzadılması İran rəsmilərini narahat edib


Keçən günlərdə BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhidin ezamiyyəti daha bir il uzadıldı. Qərar BMT-nin İnsan Haqları Şurasında keçirilən səsvermədən sonra verilib. Bu göstərir ki, yeni hökumətin verdiyi şüarlara rəğmən İranın hələ də insan haqları ilə əlaqədar xüsusi nümayəndəyə ehtiyacı var. Səsvermə Ə.Şəhidin tədqim etdiyi son raportdan sonra keçirilib. Son raporta görə, 2014-cü ildə İranda 753 nəfər edam edilib, hansıki, son 12 ildə ən yüksək rəqəmdir. Raporta görə, dini və milli azlıqlar, mədəni fəallar, jurnalistlər, vəkillər və insan haqları fəallarına təzyiqlər davam edir.
Molla rejimi isə hər zaman öz raportları ilə İranda insan haqlarının kəskin şəkildə pozulduğunu ifşa edən Ə.Şəhidin fəaliyyətindən narahatdır. Onun daha bir il bu vəzifədə qalması Ərdəbilin İran parlamentindəki sözdə millət vəkili, parlamentin milli təhlükəsizlik komissiyasının rəis müavini Mənsur Həqiqətpurun xüsusi narahatlığına səbəb olub. İran rejiminə öz yaxınlığı ilə seçilən M.Həqiqətpur bildirib ki, Ə.Şəhidlə bağlı verilən qərar siyasi qərardır və nüvə müzakirələrinə haşiyə düzəltməyə yönəlib.

M.Həqiqətpur əlavə edib ki, bu qərar bir neçə ölkənin mənafesini təmin etmək üçün verilib.

Xatırladaq ki, İran rejimi ölkədə insan haqlarının hansı vəziyyətdə olduğundan yaxşı xəbərdar olduğu üçün, bu istiqamətdə araşdırma aparan insan haqları fəallarına da xüsusi təzyiq göstərir. Rejimin Ə.Şəhidin fəaliyyəti ilə razılaşmaması da bu sıradandır.

Geri dön