Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Nazim Nasreddinov: -İsa Əliyevin sonuncu baharı
Nazim Nasreddinov: -İsa Əliyevin sonuncu baharı |
Düz bir il bundan əvvəl -martın sonuncu günü ən yaxın dostumu İsa Əliyevi son mənzilə yola saldıq.
İsa Əliyev mənim tələbə yoldaşım idi. Sonralar dostlaçdıq Onunla 6 il ADU-nin qiyabi filologiya fakültəsində oxumuşduq. Hər ikimiz zavodda tokar işləyə-işləyə ali məktəbdə oxuyurduq. İsa o vaxtkı yeganə universitetə əsgərlikdən gəlmişdi.Rus dilini də,xalq ədəbiyyatını da hamımızdan yaxşı bilirdi.Xalq ədəbiyyatına bələdlik , söz yox ki,Göyçə ədəbi mühitinin təsiri idi. O,Nəsimini də, Füzulini də rus dilinə yaxşı tərcümə etməyi bacarırdı.Amma,çox təəssüf ki,onları çap etdirmədi. O,Azərbaycan Ali Məhkəməsinin xalq iclasçısı idi. Hüquqşünas kimi ictimai fəaliyyət göstərirdi. İsa Məhəmməd Peyğəmbərin həyatına aid bir kitabı rus dilindən Azərbaycan dilinə tərcümə etmişdi.Bu tərcümə Azərbaycanın o vaxtkı elit insanları arasında geniş yayılmışdı. O, bu kitabı da (tərcüməni də) çap etdirmədi. İsa Şərq dillərini də öyrənməyə meyilli idi.Özü şərqşünas olmasa da, böyük qızını fars dili mütəxəssisi kimi tanıda bildi. İsa alim,filoloq-alim ola bilərdi.Onun rus-Azərbaycan ədəbi əlaqələrinə aid diplom işi ararıcı elmi mütəxəssislər-B.Nəbiyev,H.Əfəndiyev,A.Zamanov tərəfindən çox yüksək qiymətləndirilmişdi.Amma İsa istehsalatda işləməyi daha üstün tutdu.Montin adına maşınqayırma zavodunda həmkarkar komitəsinə rəhbərlir etdi,Xətayi Rayonu İcra hakimiyyətində şöbə müdiri oldu.Ən axırıncı iş yeri də iri müəssisələrdən biri oldu.O,işçilərin sosial məsələrinə qayğı göstərirdi. Yaşına görə İsa təqaüdə göndəriləndə o, çox pərt olmuşdu.Heç kəsə ağız açmadı, heç kəsdən də umacağı olmadı.Amma hələ işləmək arzusu var idi. Bir ildir ki,İsa Əliyev cərgəmizdə yoxdur.Amma o,həmişə hörmət və izzətlə xatırlanır. Allah rəhmət eləsin. Nazim Nəsrəddinov. 31.03.2015. Geri dön |